REJİSSOR ARİF QAZIYEV “BAYATI ŞİRAZ” FİLMİ ÇƏKƏCƏKDİR
Rejissor Arif Qazıyev yaxın vaxtlarda “Bayatı Şiraz” adlı yeni musiqili film çəkməyə başlayacaqdır. Nəzərdə tutulduğuna görə, filmdə baş rolu məşhur xanəndə, respublikanın xalq artisti Alim Qasımov ifa edəcəkdir.
Arif Qazıyev filmi Almaniya kinematoqrafçıları ilə birlikdə çəkmək fikrindədir. Filmin süjeti rejissorun bu muğam haqqında yaradıcılıq təxəyyülünə əsaslanır. Ssenariyə uyğun olaraq, filmin baş qəhrəmanı Almaniyaya gedir və görkəmli bəstəkar İohann Sebastyan Baxın orqan musiqisini dinləyir. Müəllif bundan sonra bədii formadan istifadə edərək, Baxın obrazını Bakıya köçürür. Artıq bundan sonra filmdə “Bayatı Şiraz”ın necə meydana gəldiyindən bəhs olunur.
Bu günlərdə isə Azərbaycan rejissoru daha bir musiqili filmin - xalq artisti Zeynəb Xanlarovanın həyat və yaradıcılığından bəhs edən “Salam, Zeynəb!” filminin çəkilişini başa çatdırmışdır. Qeyd edək ki, bu ikinci filmdir, birinci film ekrana hələ 20 il əvvəl çıxmışdı. İkinci film üç seriyadan ibarətdir və müğənninin 1975-ci ildən bu günədək olan həyatından danışır.
Arif Qazıyevin yaradıcılıq planlarına məşhur Azərbaycan bəstəkarı, 80 illiyi bu günlərdə qeyd edilmiş Fikrət Əmirov haqqında film çəkmək də daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:21]
Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]