Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə “Xocalı mövzusu bədii ədəbiyyatda” adlı dinləmə təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını bildirib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bu gün qalib xalqın nümayəndəsi, Qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini və bundan böyük qürur hissi keçirdiyini dilə gətirib.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev çıxışında Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsindəki Qələbədən bəhs edən ədəbiyyat nümunələrinin yaradılmasının əhəmiyyətindən danışıb, bu sahədə ədəbiyyat nümayəndələrinə göstərilən dövlət qayğısından və dəstəyindən söz açıb. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini vurğulayaraq, bu kampaniya çərçivəsində işıq üzü görən və Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının yazılma tarixi barədə məlumat verib.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhrəmov Xocalı soyqırımının xalqımız tərəfindən unudulmadığını, aparılan tədqiqatlar nəticəsində üzə çıxarılan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından söz açıb, Xocalı və digər soyqırımı cinayəti faktlarının orta və ali məktəb dərsliklərində verilməsinin, gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı yüzilliklərlə davam edən erməni terroru və soyqırımı siyasəti müəlliflərinin Azərbaycan xalqı qarşısında cavab verəcəklərini və öz cəzalarına çatacaqlarını bildirib.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söyləyib. O, əliyalın, köməksiz, silahsız insanların, yaşlıların, uşaqların, qadınların kütləvi şəkildə qətlə yetirilməsini Xocalıda soyqırımı aktının törədildiyinin əyani sübutu olduğunu dilə gətirib. Anası şairə Nürəngiz Günün müəllifi olduğu “Xocalı simfoniyası” əsərinin Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən sənət abidəsi olduğunu söyləyib, poemadan parçalar səsləndirib.

Tarixi romanların müəllifi Yunus Oğuz erməni qəsbkarları tərəfindən törədilən bir çox vəhşiliyin, etnik təmizləmə aktlarının bu gün də gizlədildiyini diqqətə çatdırıb.

AMEA Rəyasət Heyəti aparatı, vitse-prezidentlərin xidmətinin elmi katibi Tubuxanım Qasımzadə Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən danışaraq, bu istiqamətdə gənclərin rolunu vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında İctimai-Siyasi Sənədlər Arxivinin şöbə müdiri Lamiyə Həsənova, BDU-nun müəllimi Fəxriyyə İsayeva çıxışlarında tarixi faktların araşdırılması, həqiqətlərin beynəlxalq müstəvidə təbliği yönündə dövlət arxivlərinin əhəmiyyətindən söz açıb, “Unutmayaq, unutdurmayaq” fikrini rəhbər tutaraq, Xocalı soyqırımının əsrlər keçsə belə, yaddaşlardan silinməyəcəyini, faciə qurbanlarının xatirəsinin daim uca tutulacağını bildiriblər.

Tədbirdə kitabxana əməkdaşlarının Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar hazırladıqları elektron məlumat bazası və videomaterial nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“China Everbright Group”un sabiq rəhbəri mənimsəmə və rüşvət almaqda ittiham olunur

Bayden İranı İsrailə hücum etməməyə çağırıb

AFAD Antalyada baş verən kanat xətti qəzası ilə bağlı açıqlama verib

Kəlbəcərdə çayda batan Şirvan sakinin cəsədi dalğıclar tərəfindən çıxarılıb

Antalyada kanat qəzası olub, ölən və yaralananlar var

Gürcüstan parlamentinin sədri Qazaxıstan Prezidenti ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Naxçıvanda yol qəzası olub, xəsarət alanlar var

Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub

Xalq rəssamı Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisinin açılışı olub

Xaçmazda zəncirvari qəza olub, yaralananlar var VİDEO

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu finala vəsiqə qazanıb

Premyer Liqa: XXX turun açılış oyununda qalib müəyyənləşməyib

Ermənistanda baş vermiş avtomobil qəzasında 4 hərbçi həlak olub

Altı yaşlı uşaq və atası Kürdə batıb

Azərbaycan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Sloveniyada işgüzar səfərdə olub

Ağdamda mina partlaması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Azərbaycan Güləş Federasiyası İtaliya idmançısının rüşvətlə bağlı ittihamlarına cavab verib

Sloveniya nəşri: Dayanıqlı sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb

Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Ordumuzun mövqeləri atəşə tutulub VİDEO

Kubada “Azərbaycan - orta güc ölkəsi” mövzusunda təqdimat keçirilib

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Həkəri çayındakı üzən körpü sel təhlükəsinə qarşı möhkəmləndirilir

Fələstin-İsrail münaqişəsi zamanı Türkiyənin “TRT” media şirkətinin heyət üzvləri yaralanıblar

Dərnəgül massivində fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub VİDEO

Nadir Adilov yenidən BMT-nin Komitə üzvü seçilib

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib

Azərbaycanın xarici işlər nazirinin müavini Yunanıstanda işgüzar səfərdə olub

Azərbaycanın xarici işlər naziri tacikistanlı həmkarına COP29-a hazırlıq prosesi barədə məlumat verib

Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransı işə başlayıb

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır

Ceyhun Bayramov MDB-nin iclasında Ələt beynəlxalq dəniz ticarət limanının potensialından danışıb

“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı açıqlanıb

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri ilə görüş keçirilib

Onun simasındakı zəhm düşməni qorxuya salmağa bəs edirdi - Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Murad Mirzəyev

XİN: Ermənistan Azərbaycanın biomüxtəlifliyinə və canlı təbiətə zərər vurmaqda davam edir

Milli Kitabxanada Seyid Şuşinskinin 135 illiyinə həsr olunan sərgi açılıb

Haaqada dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib

Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Ramazan bayramı günlərində hərbi qulluqçularla görüşlər keçirilib

Naxçıvanda su xəttində qəza baş verib

Ermənistanda ağır cinayətlərin sayı 90,7 faiz artıb

Ağdamda mina partlayıb, iki nəfər xəsarət alıb

Cənubi Koreya və ABŞ ilin ən böyük hərbi hava təliminə başlayıb

Vaşinqtonda rəssam Rövşən Nurun “Azərbaycan naxışları” adlı sərgisi açılıb

Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Azərbaycan millisinin baş məşqçisi: Fiziki hazırlıq yüksək səviyyədə deyil

“Ağıllı” mühit və yaşıl texnologiyalar - beynəlxalq konfrans

Naxçıvanda 105 hektar torpaq sahəsində şoranlaşmanın qarşısı alınıb

Saməddin Əsədov: Azərbaycanda COP29 çərcivəsində Kosmik Agentliklərin Sammitinin keçirilməsi planlaşdırılır - EKSKLÜZİV

“Əbədi sükut dünyası”ndan, yaxud “Labirint”dən VİDEOREPORTAJ

Çətin relyefli dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu yüksəkdir

Dünya Bankı: Azərbaycanda qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir

Ermənistanda xarici turistlərə qarşı törədilən cinayətlərin sayı artıb

Belaruslu baş məşqçi: Mahir Emreli “Legiya”dan ayrılmaqla düzgün addım atmışdı

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycan Milli Elmlər Akademiyası doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan və Belarus XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər

Ağdərədə odlu silahlar aşkar edilib

Lisenziya turniri: Azərbaycanın 3x3 basketbol millisi ilk oyunda qələbə qazanıb

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olublar

Gənc fırça ustalarının Şahdilinə yaradıcılıq turu təşkil olunacaq

Əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib

Çində Pion Gülü Beynəlxalq Kommunikasiya Forumu keçirilir VİDEO

“Azərişıq”: Kəlbəcərdə 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır

Dünya Bankı: Bu il Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarının 2,8 faiz artacağı gözlənilir

Balakənli uşaqlar üzməyi öyrənirlər

Türkiyədəki “Göbəkli-Təpə” kompleksini bir gündə rekord sayda turist ziyarət edib

Azərbaycan Premyer Liqasında XXX turun hakimləri açıqlanıb

Faktiki hava: Bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub

Xankəndidə silah-sursat və 3 kiloqramdan artıq marixuana aşkar edilib

DİN: Ötən gün 26 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində ilk oyununu keçirəcək

Lerikdə aramsız yağışlar Ağçay üzərindəki suötürücü boruları sıradan çıxarıb

Premyer Liqa: XXX tura Sumqayıtda start veriləcək

Türkiyənin 30 şəhərində 1177 qanunsuz miqrant saxlanılıb

Təhsil idarəsinin rəsmisi: Şəki-Zaqatala regionundakı məktəblərin müasir avadanlıqla təmin edilməsi diqqət mərkəzindədir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Zərdabda narkokuryer saxlanılıb

Şəkidə avtomobilin vurduğu piyada ölüb

Orenburqda bir gecədə daha 361 ev və 900 təsərrüfat sahəsi su altında qalıb

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Bu gün Xalq artisti Məmmədəli Vəlixanlının vəfatından 55 il ötür

Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi

İqlim dəyişikliyi ağacların bar vermə dövrünü və məhsuldarlığını ciddi şəkildə azaldıb - VİDEOREPORTAJ

Bu gün Nodar Şaşıqoğlunun anım günüdür

ABŞ Ukraynanın hava hücumundan müdafiə sisteminin modernləşdirilməsinə 100 milyon dollardan çox vəsait ayırıb

15 saniyəyə qanaxmanı dayandıran məhsul hazırlanıb

Rusiya hərbi təlimatçıları Nigerə gəlib

İsveçdə hicab taxdığı üçün işdən çıxarılan qadına təzminat ödəniləcək

Ukraynada hərbi səfərbərlik şərtlərini sərtləşdirən qanun qəbul edilib

MAQATE prezidenti Zaporojya Atom Elektrik Stansiyasına hücumları dayandırmağa çağırıb

Konfrans Liqası: "Aston Villa" "Lill"ə, "Brügge" PAOK-a qalib gəlib

Avropa Liqası: “Liverpul” və “Milan” doğma meydanda məğlub olub

Tailandda avtomobildən 16 kilo ağırlığında zəhərli ilan tapılıb

DİN: Vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir

Regionlarımızın inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir

Xarkov vilayətinin 47 yaşayış məntəqəsindən əhali məcburi təxliyə olunacaq

Konfrans Liqası: “Fənərbağça” Yunanıstan klubuna məğlub olub