Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Tokioda qeyd olunub VİDEO

Tokio, 27 may, AZƏRTAC 

Tokioda Azərbaycanın dövlət bayramı 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə ölkəmizin Yaponiyadakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, qəbulda əsas qonaq qismində Yaponiya Xarici İşlər Nazirinin parlament üzrə müavini Kenci Yamada, Yaponiya parlamentinin nümayəndələr palatasının üzvü, Azərbaycan -Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Yaponiya tərəfindən rəhbəri Akira Amari, Komeyto Partiyasının sədri Natsuo Yamaquçi, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.

Tədbiri müvəqqəti işlər vəkili Fərid Talıbov açaraq qəbula təşrif buyurmuş qonaqlara minnətdarlığını ifadə edib. Bildirib ki, bu il ölkəmizdə Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi və müstəqilliyinin bərpasının 28 illiyi, eləcə də diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi qeyd olunur. AXC-nin 1918-1920 illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulan çoxpartiyalı ilk demokratik respublika, qadınlara bir çox Avropa dövlətlərindən əvvəl səsvermə hüququ verən ilk dünyəvi müsəlman dövlət olduğu vurğulanıb.

Müvəqqəti işlər vəkili qeyd edib ki, AXC-nin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir. O zaman ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dil olaraq, dövlət bayrağı və digər dövlət atributları qəbul edilib, Azərbaycan Silahlı Qüvvələri yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.

F.Talıbov qonaqların diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. 1919-cu il iyulun 9-da AXC-nin Xarici İşlər Nazirliyi yaradılıb və diplomatik xidmət orqanlarının ən mühüm vəzifəsi yeni yaranmış dövlətin dünyada tanıdılması ilə bağlı olub. AXC-nin beynəlxalq miqyasda tanınmasına nail olmaq üçün Azərbaycan nümayəndə heyəti Parisə səfər edib və Paris Sülh Konfransının Ali Şurası tərəfindən AXC-nin rəsmi olaraq tanınmasına nail olub. Bunun nəticəsində AXC-nin xarici ölkələrdə diplomatik nümayəndəlikləri təsis edilib, 16 ölkənin Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Diplomatımız bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz AXC-nin siyasi-hüquqi və mənəvi varisi olaraq qədim dövlətçilik ənənələrinə sadiq qalıb. Cümhuriyyətin üçrəngli bayrağını, himnini və gerbini qəbul edib və ölkəmizdə 28 may tarixi hər il Respublika Günü kimi təntənəli şəkildə qeyd edilir.

Müvəqqəti işlər vəkili müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb.

Azərbaycanda təşkil edilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən F-1 Azərbaycan Qran-Prisi, 1-ci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər yarışların yüksək səviyyədə keçirildiyi və bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın əhəmiyyətli töhfələri haqqında qəbul iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan F.Talıbov iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdiyini qeyd edib. İki ölkə arasında münasibətlər, iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahəsində əməkdaşlıq haqqında məlumat verib. Həmçinin qeyd edib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq genişlənir və bu da ikitərəfli münasibətlərin inkişafına öz töhfələrini verməkdədir.

Tədbirdə çıxış edən Yaponiya parlamentinin nümayəndələr palatasının üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Yaponiya tərəfindən rəhbəri Akira Amari Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

O, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri zamanı yarandığını xatırladan A.Amari, bu gün iki ölkə arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişaf etdiyini vurğulayan A.Amari, iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı üçün hər zaman olduğu kimi dəstək verəcəyini vəd edib.

Tədbirdə əsas qonaq qismində iştirak edən Yaponiya Xarici İşlər Nazirinin parlament üzrə müavini Kenci Yamada Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir müavini Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlər olduğunu qeyd edib. Həmçinin K.Yamada Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını xatırladıb.

İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin münasibətlərimizin inkişafına böyük töhfələr verdiyini qeyd edən nazir müavini 2018-ci ilin sentyabrında Yaponiyanın xarici işlər naziri Taro Kononun Azərbaycana səfərini xatırladıb, onun Prezident İlham Əliyev, Baş Nazir Novruz Məmmədov tərəfindən qəbul edildiyini və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünü vurğulayıb.

Yaponiyanın Azərbaycan ilə münasibətlərə yüksək əhəmiyyət verdiyi, ölkəmizin inkişafının və nailiyyətlərinin Yaponiyada böyük rəğbətlə qarşılandığını bildirən nazir müavini bundan sonra da Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı sosial-iqtisadi inkişaf arzulayıb.

Tədbir ziyafətlə davam edib. Ziyafət boyu Azərbaycan musiqisi səslənib, Tokioda yaşayan həmyerlimiz Dilarə Qazıyeva tərəfindən milli rəqslərimiz ifa edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Tokioda qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İzmir sahillərində 101 qeyri-qanuni miqrant saxlanılıb

Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib

Pentaqon HIMARS MLRS istehsalı üçün müqaviləni 1,9 milyard dollara qədər artırıb

UNESCO çərçivəsində Mahmut Kaşğarinin “Divani Lüğat-it-Türk” əsərinin 950 illik yubileyi qeyd olunacaq

Ötən il Qara dənizdə batan gəminin ekipaj üzvlərinin axtarışları davam edir

Şuşada “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırılıb

Danimarkada nəhəng muzey kompleksinin tikintisi ləğv edilib

Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki ABŞ-a göndəriləcək

Azərbaycan boksçusu: Parisdə tarix yazmaq, medal qazanmaq arzusundayam

Fərid Qayıbov ötən ay nüfuzlu beynəlxalq yarışlarda iştirak etmiş idmançılarla görüş keçirib

Baş məşqçi: Parisdə qızıl medal qazanmaq üçün daim çalışacağıq

Azərbaycan boksçusu: Tokio Olimpiadasında qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

"Real Madrid" Kilian Mbappenin transferini açıqlayıb

Paris Olimpiadasına lisenziya qazanmış Azərbaycan boksçuları Vətənə qayıdıblar

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Ankarada rəsmi səfərdədir

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib YENİLƏNİB

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşıb

Azərbaycanın Müstəqillik Günü münasibətilə Brüsseldə “Suqovuşan” minifutbol turniri keçirilib VİDEO

Şuşada Beynəlxalq Sahibkarlar Forumunun sonuncu paneli keçirilib

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib VİDEO

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçirilir

Zoomorfik təsvirlərin sirləri: türk mədəniyyəti abidələri - MƏQALƏ

Prezident Administrasiyasının rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib VİDEO

Rektor: Texnologiya və yaradıcı sənayelərin yaxınlaşması XXI əsrin çağırışlarının həllində böyük əhəmiyyət kəsb edir

Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

Azərbaycan Braziliyada Beynəlxalq Milli Mətbəx və Mədəniyyət sərgisində təmsil olunub

Panel müzakirə: Startapların və gələcək inklüziv texnologiyaların önəmi

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 12 min 733 müraciət daxil olub

Şərqşünaslıq İnstitutu ilə Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

® Keyfiyyət və qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda

Nobel mükafatı laureatı Əziz Səncər UNEC-də olub

İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb

AQC sədri CAATS prezidenti seçilib

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yeni qərarlar qəbul edilib

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

Rəşad Əzizov: Sahibkarlığı və yaradıcılığı bir araya gətirsək, bu sahədə sürətli tərəqqiyə nail ola bilərik

FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb

Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb

Balakənli kümçülər iki gündə 700 kiloqramadək yaş barama təhvil veriblər

Dünyaca məşhur “Ovod” M.Teatrın səhnəsində

Əli Əsədov: Ərzaq təhlükəsizliyinin təmini Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib

AzMİU-da fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim olunub

MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Qəbələdəki beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

“Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Tottenhem”in futbolçusu qarət olunub

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib

Mərkəzi Bank BVF ilə pul siyasətinin transmissiyasının yaxşılaşdırılmasını müzakirə edib

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

GDU-da yaz imtahan sessiyası başlayıb

Hesablama Palatası və Çinin Milli Auditi Ofisi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

BMU-nun professor-müəllim heyəti abituriyentlərlə görüşüb

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Bu həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyənləşib

® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər

Çexiyalı nazir əməkhaqqını təkcə kronla deyil, həm də avro ilə ödəməyi təklif edib

Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur FOTO

Pul bazası azalıb

Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktik konfransda çıxış edib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

® ABB yeni imic filmini təqdim edib

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Ötən ay BŞTİ-yə 15 min 470 vətəndaş müraciəti daxil olub

On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib

Balakəndə qanvermə aksiyası keçirilib

DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb

Londonda təhsil alan azərbaycanlı gənc Altsheymer xəstəliyinin müalicəsi üçün yeni həll yolları axtarır – MÜSAHİBƏ

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq