Respublika Uşaq Kitabxanası “Qonağım ol” rubrikasını davam etdirir
Bakı, 9 iyul, AZƏRTAC
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazıçı-ssenarist Günel Əsgərova olub.
AZƏRTAC xəbər verir ki, budəfəki görüşün məqsədi gənc yazarla oxucular arasında virtual görüşü təmin etmək, diskussiya aparmaq, həmçinin gənc yazarın yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
“Qonağım ol” rubrikası əsasında reallaşan görüş çərçivəsində Günel Əsgərova oxucuların suallarını cavablandırıb. O, həmçinin oxucular üçün müəllifi olduğu əsərlərdən parçalar da oxuyub.
Gənc yazıçı-ssenarist, təhsilin önəmini vurğulayaraq, kitab və mütaliənin insanın mənəviyyatının zənginləşməsində və dünyagörüşünün inkişafındakı əvəzsiz rolundan söhbət açıb. O, valideynlərə övladlarının gələcək karyera həyatlarında uğurlu və xoşbəxt insan olmaları üçün onlara sevdikləri və bacarıqlarının olduğu peşələri seçməkdə dəstək olmağı tövsiyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]