Respublika Uşaq Kitabxanası yeni layihə ilə oxucuların görüşünə gəlir
Bakı, 9 fevral, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qonağım ol” adlı yeni layihəsi ilə oxucuların görüşünə gəlir.
AZƏRTAC xəbər verir ki, “Qonağım ol” rubrikasında oxucular bu dəfə “Instagram” sosial şəbəkəsi vasitəsilə layihənin ilk qonağı olan Azərbaycan yazıçılar birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı ilə canlı yayıma qoşulmaq imkanı əldə edəcəklər.
Oxucular canlı yayım zamanı Reyhan Yusifqızı ilə diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, canlı yayım fevralın 12-də, saat 15:00-da kitabxananın “Instagram”dakı (childlibazerbaijan) səhifəsində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]