RESPUBLİKAMIZIN ALİ MƏKTƏBLƏRİNDƏ TƏHSİL ALAN XARİCİ ÖLKƏ VƏTƏNDAŞLARININ İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Təhsil Nazirliyinin təşkil etdiyi tədbirdə müxtəlif təşkilatların, ali təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Bakıdakı səfirləri və tələbələr iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətinin əhəmiyyətindən, ulu öndərimizin təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulamışdır.
M.Mərdanov respublikamızın ali məktəblərində təhsil almağa gələn xarici ölkə vətəndaşlarının sayının ildən-ilə artdığını və onların təhsili üçün hər cür şərait yaradıldığını diqqətə çatdırmışdır.
Hazırda ali məktəblərimizdə Türkiyə, Rusiya, ABŞ, Çin, İran, Pakistan, Gürcüstan və digər ölkələrdən, ümumilikdə, 4500 əcnəbi tələbənin oxuduğu bildirilmişdir.
Nazir tələbələrə və tədbir iştirakçılarına xoş arzularını çatdırmışdır.
Təhsildə fərqlənən əcnəbi tələbələrə Təhsil Nazirliyinin diplomları təqdim edilmişdir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonra ölkəmizin ali məktəblərində təhsil alan xarici ölkə vətəndaşları maraqlı konsert proqramı ilə çıxış etmişlər.