Romada Fələstinə dəstək yürüşü iğtişaşlarla nəticələnib
Roma, 6 oktyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romada Yaxın Şərqdəki münaqişəyə etiraz və Fələstinə dəstək məqsədilə keçirilən yürüş iğtişaşlarla nəticələnib.
AZƏRTAC xəbər verir ki, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 34 polis əməkdaşı yaralanıb. Yürüşdə 200-dək insanın iştirak etdiyi, onlardan 4-nün həbs olunduğu bildirilib.
İtaliyanın Baş naziri Ciorcia Meloni Fələstin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmanı pisləyib, hücuma məruz qalan polis əməkdaşları ilə həmrəyliyini bildirib. O, nümayiş zamanı onlarca polis əməkdaşının yaralanmasından təəssüfləndiyini qeyd edib.
Neapol, Turin, Florensiya, Milan və Bari kimi şəhərlərdə də irili-xırdalı nümayişlər olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]