“Rübailər” kitabının təqdimatı olub
Bakı, 17 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda orta əsr Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Ömər Xəyyamın Türkiyədə çap olunan “Rübailər” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın “Ön söz”ü, farsca mətnin transliterasiyası, filoloji tərcümə və elmi redaktəsi filologiya elmləri doktoru Nəsib Göyüşova məxsusdur. Kitabda Hüseyn Cavid, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Mir Mehdi Seyidzadə və başqalarının poetik tərcümələri yer alıb. Poetik tərcümələrin tərtibçisi Enar Hacıyev, nəşriyyat redaktoru Könül Mirzəyevadır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov Ömər Xəyyamın “Rübailər” kitabının qardaş ölkədə nəşrini yüksək dəyərləndirərək, müəlliflərə təşəkkürünü bildirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Zəlimxan Yaqub və digər çıxış edənlər Ömər Xəyyam kimi şairlərin əbədi olaraq ədəbiyyatda, sivilizasiyada qalacağını, zaman-zaman ona müraciət olunacağını bildiriblər.
Kitabda məşhur İran rəssamı Məhəmməd Təcvidinin Ömər Xəyyamın rübailərinə çəkdiyi miniatürlər, rəsmlər də yer alıb.
Sonda kitabın tərtibçisi, filologiya elmləri doktoru Nəsib Göyüşov çıxış edərək nəşrin araya-ərsəyə gəlməsində və təqdimatının keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [19:53]
Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb
- 27.05.2026 [13:58]
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub
- 27.05.2026 [13:39]
Azərbaycanın turizm potensialı Çində tanıdılır
- 27.05.2026 [09:49]
Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub
- 26.05.2026 [23:41]
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]