Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı
Bakı, 26 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində 33 nömrəli uşaq musiqi məktəbinin “Müstəqillik sədaları” adlı hesabat konserti reallaşıb.
AZƏRTAC xəbər verir ki, musiqi məktəbinin direktoru Nəzifə Əliyeva tədbir barədə fikirlərini bildirib.
Hesabat konsertində məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər. Proqramda ümumilikdə 14 nömrə nümayiş olunub.