Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUMINİYA PREZİDENTİ İON İLİYESKUNUN NİTQİ

- Hörmətli cənab Prezident,

Hörmətli xanım Mehriban Əliyeva,

Əziz qonaqlar!

Burada – Rumıniyada Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi, onun hörmətli xanımı Mehriban Əliyevanı və Rumıniya ilə bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmiş Azərbaycan Respublikasının nümayəndə heyətinin bütün digər üzvlərini böyük məmnuniyyətlə salamlayıram.

Bir daha hamınız dost ölkəyə xoş gəlmisiniz. Mənim fikrimcə, Azərbaycan özünü müstəqil dövlət elan etdikdən sonra ölkələrimiz arasında münasibətlərin bu cür uğurla inkişaf etdirilməsinə əvəzsiz töhfələr vermiş böyük dövlət xadimi, vəfatına həddindən artıq kədərləndiyimiz Heydər Əliyevin rolunu xatırlamağın əsil yeri və vaxtıdır.

Hörmətli cənab Prezident, xanımlar və cənablar!

İkitərəfli münasibətlərimizin keçdiyi yola nəzər salarkən mən belə qənaətə gəlirəm ki, bizim ölkələrimiz nisbətən qısa zaman kəsiyində uzunmüddətli dostluq və əməkdaşlığın həm təməlini qoymuş, həm də bu dostluq və əməkdaşlığı möhkəmləndirə bilmişlər.

Siyasi sahədə birlikdə səmərəli işləyərək, birgə səylərlə ikitərəfli hüquqi baza yaratmışıq. Biz istəyirik ki, XXI əsrin tələblərinə cavab verə bilməkdən ötrü bu hüquqi bazanı daha da inkişaf etdirək.

Mən Azərbaycan Respublikasına 2002-ci ildəki rəsmi səfərimi böyük məmnuniyyətlə xatırlayıram. O zaman Prezident Heydər Əliyevlə apardığımız müzakirələr vaxtı siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlığı sürətləndirmək iradəmiz aydın oldu. Cənab Prezident İlham Əliyev, Sizin burada, Buxarestdə olmağınız Azərbaycanın xarici siyasətinin davam etdirilməsinə, xüsusilə də Rumıniya ilə münasibətləri inkişaf etdirmək istəyinə dəlalətdir.

Keçən müddət ərzində ikitərəfli münasibətlərimizin inkişaf dinamikası bizə əlaqələrimizin gələcəyi ilə bağlı nikbin olmağa haqq verir.

Bizim əsas məqsədimiz siyasi sahədə olduğu kimi, ticarət dövriyyəsi və iqtisadi əməkdaşlıq sahəsində də eyni əla nəticələrə nail olmaqdır. Mən qəti inanıram ki, Sizin Rumıniyaya səfərinizin nəticələri və bizim danışıqlarımız ikitərəfli iqtisadi əməkdaşlığımıza, ticarət əlaqələrinə də təkan verəcəkdir.

Biz azərbaycanlı biznesmenlərin Rumıniyada çalışmasını arzulayır və təşviq edirik. Eyni zamanda, Rumıniyanın biznes dairələrinə tövsiyə edirik ki, Azərbaycanın iqtisadi bazarını gələcəkdə mümkün hədəf kimi nəzərdə tutsunlar. İş adamlarının fəaliyyətini sürətləndirmək məqsədi ilə biz ümumi siyasi səylər vasitəsilə müvafiq hüquqi baza və lazımi infrastruktur yaratmağa hazırıq ki, bu da ölkələrimiz arasındakı coğrafi məsafəni qısaldar. Bu sahədəki marağımızın aydın ifadəsi kimi istərdim ki, ölkələrimiz arasındakı nəqliyyat marşrutlarının inkişaf etdirilməsi ilə bağlı səyləri qeyd edim.

Bununla biz müstəqil təşəbbüsün inkişaf edə biləcəyi bazanı təmin edirik. Məqsədimiz özəl şirkətlər arasındakı əməkdaşlıqdan başlayaraq, ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən yeni layihələrədək bütün mühüm sahələrdə demokratik şəraitdə, azad bazar iqtisadiyyatı qanunlarına uyğun şəkildə əməkdaşlıq etməkdir.

Mən qəti inanıram ki, Rumıniya-Azərbaycan Hökumətlərarası birgə iqtisadi komissiyasının bir neçə gün əvvəl keçirilən ilk iclası bizim iqtisadi əlaqələrimizin yeni meyarlarla ölçülməsinə təkan verəcəkdir. Keçid dövründən azad bazar iqtisadiyyatınadək olan prosesin təcrübəsindən istifadə edərək, rumıniyalı biznesmenlər azərbaycanlı tərəfdaşları ilə birgə Azərbaycan Respublikasının milli maraqlarına cavab verən məqsədlərə nail olmaq işinə mühüm töhfə verə bilərlər. Bu məqsədlərə bu günlərdə ölkəmizdə həyata keçirilən İqtisadi və sosial inkişaf proqramı da daxildir.

Cənab Prezident, əziz dostlar, Rumıniya Azərbaycan Respublikasının Avropa və Avratlantik strukturlarına sadiqliyini və yaxınlaşma səylərini diqqətlə müşahidə edir və bu səylərə hörmət bəsləyir. Biz həm də Azərbaycan Respublikasının beynəlxalq antiterror əməliyyatlarındakı fəal iştirakına və “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsindəki fəaliyyətinə hörmətlə yanaşırıq. Azərbaycan hərbçilərinin dünyanın Kosovo, Əfqanıstan və İraq kimi qaynar nöqtələrindəki sülhməramlı əməliyyatlarında iştirakına rəğbətimizi bildiririk.

Avropa və Avratlantik strukturlarına inteqrasiya çətin bir prosesdir və Rumıniya onu tamamlamaq üzrədir. Rumıniya artıq NATO-nun üzvüdür və bununla biz bugünkü əzablı dünyada həddindən artıq qorxulu, gözlənilməz hallardan təhlükəsizlik sipəri ilə təmin olunuruq. Yaxın gələcəkdə, yəqin ki, 2007-ci ildə Rumıniya Avropa Birliyinin də tamhüquqlu üzvü olacaqdır.

Vaxtilə Prezident Heydər Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin 10 illiyinə həsr olunmuş nitqini əsil böyük dövlət xadimi kimi tamamlayaraq demişdir. Mən həmin nitqdən sitatı olduğu kimi gətirirəm: “İqtisadiyyatın sürətli inkişafını təmin etmək, ölkədə işsizliyi azaltmaq, əhalinin rifahını yüksəltmək Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına doğru atılacaq vacib addımlardır”. O, sadəcə olaraq, öz ölkəsinin xarici siyasət məqsədini bir daha təsdiq edirdi ki, bu məqsəd də dünya iqtisadiyyatına inteqrasiyadır.

Rumıniya dost Azərbaycanla birgə işləməyə, təcrübəsini bölməyə hazırdır ki, ən qısa müddətdə və ən az xərclərlə inteqrasiya prosesinin bütün fazaları əhatə olunsun.

Rumıniya BMT, Avropa Şurası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikası ilə əməkdaşlığı yüksək qiymətləndirir. Biz hesab edirik ki, Rumıniya və Azərbaycan birlikdə fəaliyyət göstərərək, Şərq-Qərb nəqliyyat dəhlizindəki strateji-coğrafi mövqelərindən daha yaxşı istifadə edə, Qara dəniz hövzəsi regionunda daha mühüm rol oynaya bilərlər.

Rumıniya Cənubi Qafqazdakı və bütün MDB məkanındakı hadisələrə böyük diqqət yetirir və əmin olduğunu bildirir ki, beynəlxalq ictimaiyyətin davamlı səyləri vasitəsilə bu region tədricən sabitlik və iqtisadi əməkdaşlıq məkanına çevriləcəkdir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Belə bir həll yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət əsasında tapıla bilər. Rumıniya tərəflərin münaqişəni həll etmək üçün razılığa gəldiyi hər hansı bir həlli dəstəkləməyə hazırdır.

Rumıniya və Azərbaycan Respublikası birlikdə fəaliyyət göstərərək, beynəlxalq aləmin məsuliyyətli üzvləri kimi, digər demokratik ölkələrlə birgə sülh və sabitlik prinsiplərini irəli çəkə bilər, əsaslı töhfələri vasitəsilə həm öz xalqlarının, həm də gələcək nəsillərin maraqları naminə münaqişə zonalarına sülh gətirərlər.

Ölkələrimiz heç bir anlaşılmazlıq olmadan aralarındakı dostluğu möhkəmləndirərək sülh, sabitlik və firavanlıq naminə fəaliyyət göstərəcəklər.

Bu fikirlərlə mən zati-alinizin şərəfinə, Rumıniya və Azərbaycan arasındakı dostluğun möhkəmlənməsi şərəfinə, xalqlarımıza daha yaxşı və təhlükəsiz gələcək şərəfinə, Sizin və hörmətli xanımınızın şərəfinə badə qaldırıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib