Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

Oktyabrın 12-də Rumıniya Prezidenti Trayan Besesku “Ulduz” dövlət iqamətgahında Azərbaycan Televiziyasına müsahibə vermişdir.

-Rumıniya prezidentlərinin Azərbaycana səfərləri yaxşı bir ənənəyə çevrilib. İki ölkə arasında belə yaxşı münasibətlərin əsasını nə təşkil edir?

-İlk növbədə, bizim birgə maraqlarımız var. Biz Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsizliyin təmin edilməsində maraqlıyıq. Çox istəyirik ki, ölkəniz NATO-ya və Avropa İttifaqına daha yaxın olsun. Eyni zamanda, insanlarımızın təhlükəsizliyi üçün dondurulmuş münaqişələrin həllində də maraqlıyıq. Mən Dnestryanı bölgədəki, Dağlıq Qarabağ, Abxaziya və Serbiyadakı münaqişələri nəzərdə tuturam. Eyni zamanda, biz maraqlıyıq ki, vətəndaşlarımız Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsiz hərəkət edə bilsinlər.

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rumıniyanın münasibəti necədir? Rumıniya beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyirmi?

-Rumıniya bir ölkənin digər ölkəyə qarşı olmasını müdafiə etmir. Amma bəzi prinsiplər var ki, biz onlara əməl olunmasını vacib şərtlərdən sayırıq. Söhbət ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi məsələlərdən gedir. Mən hesab edirəm ki, məsələnin həllini tapmasında bu prinsipləri kənara qoymaq olmaz. Mən münaqişənin həlli üçün onun başlanma səbəblərinin də araşdırılmasını vacib şərtlərdən sayıram. Bizdə məlumatlar var ki, Dağlıq Qarabağ münaqişəsinin kökləri digər münaqişələrdən, məsələn, Kosovodakı, Serbiyadakı vəziyyətdən fərqlidir. Ona görə bu məsələdə münaqişənin köklərinin araşdırılması məqamı da xüsusi əhəmiyyət kəsb edir.

-Siz Azərbaycanı öz müttəfiqiniz hesab edirsinizmi?

-Bəli, Azərbaycan Qara dəniz və Xəzər dənizi regionlarında Rumıniyanın ən yaxşı tərəfdaşıdır. Bu tərəfdaşlığın nəticəsidir ki, Rumıniya bu ərazidə digər ölkələrin də Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir. Deməliyəm ki, bölgədəki ölkələrin hamısı demokratikləşməyənə və Avratlantik məkana inteqrasiya etməyənə qədər burada tam sülhə nail olmaq qeyri-mümkündür.

-Rumıniya GUAM-ın üzvü olmağı planlaşdırırmı?

-2007-ci ilin yanvarında biz Avropa İttifaqının həqiqi üzvü olandan sonra GUAM-la bağlı mövqeyimizi nəzərdən keçirəcəyik. Hazırda isə ekspertlərimiz bu sahədə vəziyyətin araşdırılması və öyrənilməsi üçün işləyirlər. Həmin araşdırmalar müsbət nəticə versə, yəni biz əmin olsaq ki, GUAM-a üzvlük ölkələrimiz və vətəndaşlarımız üçün vacibdir, onda Rumıniya GUAM-a üzv olacaqdır.

-Bir qədər əvvəl Rumıniya Xəzər neftinin Avropaya nəqli üçün öz planını təklif edirdi. Bu plan gündəlikdə qalırmı?

-Bəli, bu məsələ barədə də müzakirələr aparılıbdır. Hətta Prezident İlham Əliyevlə görüşdə də bu məsələlər barədə ətraflı müzakirələr etmişik. Bizim mütəxəssislər bu istiqamətdə işlərin sürətləndirilməsinin mümkünlüyünü araşdıracaqlar. Çünki biz bu layihələrdə xüsusilə maraqlıyıq.

-Siz Avropa İttifaqının üzvüsünüz. Bu üzvlükdən nə gözləyirsiniz və sizcə Rumıniya “Yeni qonşuluq siyasəti” proqramı çərçivəsində konkret olaraq Azərbaycan üçün nə edə bilər?

- Avropa İttifaqına üzvlüyümüz Rumıniyanın ümumi vəziyyətinə heç bir təsir göstərmir. Lakin üzvlük bizə imkan yaradır ki, inkişafa və tam təhlükəsizliyə təminat alaq. Onu da deməliyəm ki, bütün bunlar həm də bizim milli inkişafımızın səviyyəsindən asılıdır. Avropa İttifaqına və NATO-ya üzvlüyümüz Azərbaycanla və digər dövlətlərlə münasibətlərimizdə özünün müsbət təsirini göstərəcəkdir. Çünki biz onların hər birinin bu qurumlara inteqrasiyasını reallığa çevirməyə çalışacağıq.

- Sizcə, Avropa İttifaqı Cənubi Qafqazda təcavüzkar separatizmin aradan qaldırılmasına necə təsir göstərə bilər?

- Bildiyiniz kimi, Avropa İttifaqı hazırkı danışıqların formatını dəstəkləyir. Belə görünür ki, dəyişikliklər gözlənilir. Çünki Cənubi Qafqaz bölgəsində münaqişələrin həlli istiqamətində uzun müddətdir ki, nailiyyət əldə olunmayıbdır. Amma bu da mühüm şərtdir ki, münaqişənin həlli üçün beynəlxalq normalara əməl olunmasının vacibliyini münaqişə tərəfləri də anlayırlar. Təbii ki, bu iki prinsip - ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əməl edilməsi şərti ilə olmalıdır.

- “Dondurulmuş münaqişələr” məsələsinin Avropa Parlamentində və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirəyə çıxarılması mümkündürmü?

- Şübhəsiz ki, mümkündür. Lakin hazırda dondurulmuş münaqişələr məsələsi BMT-də qaldırılır. Məsələnin həllində də ən güclü beynəlxalq qurum BMT-nin Təhlükəsizlik Şurasıdır. Öz növbəmizdə, biz də ümidvarıq ki, bu münaqişə beynəlxalq normalar çərçivəsində öz həllini tapacaqdır.

- Siz Qərb-Şərq nəqliyyat dəhlizinin fəaliyyətini necə qiymətləndirirsiniz və onun perspektivini necə görürsünüz?

-Bu, neft və qaz hasilatının həcmindən asılı olan məsələdir. Sirr deyil ki, Azərbaycan qarşıdakı 5-10 ildə Xəzərdə neft və qaz hasilatını iki, 2030-cu ilədək isə üç dəfə artıracaqdır. Neft və qazın nəqli üçün hazırkı infrastruktur tələblərə cavab vermir və bunu nəzərə alıb gələcəkdə yeni infrastrukturun yaradılması vacibdir. Bu da o deməkdir ki, bölgədə enerji resursları artdıqca, layihə daha da reallığa çevriləcəkdir. Biz nəqliyyat infrastrukturunu da nəzərə almalıyıq. Eyni zamanda, Rumıniyanın cəlb olunduğu TRASEKA layihəsində də bu dəyişikliklər şamil edilməlidir. Asiyadan Avropaya yol qısaldılmalıdır. Qlobal nəqliyyat probleminin həllində isə Azərbaycan və Gürcüstan mühim rol oynayır.

-Siz Qara Dəniz Xartiyasının hazırlanmasını təklif etmisiniz. Sizcə, bu Xartiyada hansı prinsiplər aparıcı olmalıdır?

-Avropa üçün vacib olan birinci məsələ Qara dəniz hövzəsində xalqların təhlükəsizliyini təmin etmək və sülhə nail olmaqdır. Əsas məqsədlər sırasında Qara dəniz və Xəzər dənizi bölgələrində demokratiyanı inkişaf etdirmək, insan haqlarının təmin olunmasına şərait yaratmaqdır. Eyni zamanda, bölgənin ümumi inkişafı da vacib şərtlərdəndir. Avropa İttifaqı da yalnız bu reallıqlara əsaslanır və biz bu bölgəni həmin prinsiplər əsasında qurmalıyıq. Şübhəsiz ki, bu, uzun bir yoldur. Biz bu yolu başlamasaq, sona çata bilmərik.

-Balkan yarımadası həmişə Avropanın narahat bölgəsi olubdur. İndi bu region necə görünür və bugünkü mövqelərdən Balkan ölkələrinin inkişaf perspektivinə baxışınız necədir?

-Balkan yarımadasının perspektivi aydındır. Hazırda Xorvatiyanın Avropa İttifaqına üzv olması üçün danışıqlar aparılır. Makedoniya Avropa İttifaqına üzvlüyünə namizəd statusunu almışdır. Hesab edirəm ki, Beynəlxalq Məhkəmədə aparılan proses başa çatandan sonra Serbiya da həmin statusu ala biləcəkdir. Bosniya-Herseqovina da artıq danışıqların əsas mərhələsinə başlayıb və çox güman ki, bu yaxınlarda Aİ üzvlüyünə namizəd statusu alacaqdır. Hazırda onların nə vaxt tam üzv olacağını demək çətindir. Yalnız Xorvatiyanın tam üzvlüyü barədə fikir söyləmək olar, o da yalnız bir neçə ildən sonra baş tuta bilər. Amma onu da deyim ki, Balkan ölkələri olmadan, Avropa İttifaqı nə tam, nə də təhlükəsizdir.

-Azərbaycana səfərinizin nəticələrini necə qiymətləndirirsiniz?

-Bir-birinə hörmət edən iki prezident arasında çox gözəl görüş idi. Bu səfər Azərbaycan-Rumıniya əlaqələrinin daha da genişlənməsinə şərait yaradıbdır. Bütün bunların baş tutması isə, əsasən, Azərbaycan tərəfindən asılıdır. Çünki Rumıniya bu tərəfdaşlıqda xüsusilə maraqlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb