RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN VƏ AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN BİRGƏ İŞGÜZAR NAHARI
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Yaxt klubda ölkəmizdə səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycanın Baş naziri Artur Rasizadənin birgə işgüzar naharı olmuşdur.
Nahardan əvvəl, Rumıniya Prezidenti və Azərbaycanın Baş naziri əvvəlcə Bakı buxtasını və paytaxtın buradan görünüşünü seyr etdilər. Artur Rasizadə ali qonağa paytaxtımız haqqında qısa məlumat verdi.
Süfrə arxasında səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi edildi.