RUMINİYA PREZİDENTİNİN İQAMƏTGAHINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sarayın üzərində Rumıniyanın və Azərbaycanın dövlət bayraqları qaldırılmış, meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rumıniya Prezidenti İon İliyesku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sarayın önündə səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Hərbi orkestrin ifasında Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev rumın əsgərlərini salamladı.
Rumıniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan
Prezidentinə, ölkəmizin nümayəndə heyətinin üzvləri Rumıniya Prezidentinə təqdim olundu.