Rumıniyanın Prezidenti Zati-aliləri cənab Trayan Beseskuya
Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Rumıniya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlətlərarası münasibətlərimizin inkişafı, eyni zamanda çoxşaxəli dostluq əlaqələrimizin daim möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin gündən-günə genişlənməsi ilə müşayiət olunur.
Əminəm ki, iqtisadi əməkdaşlıq çərçivəsində ikitərəfli qaydada müvəffəqiyyətlə həyata keçirdiyimiz təşəbbüslərimizi ardıcıl şəkildə davam etdirərək, regional enerji layihələrinin gerçəkləşməsi işinə bundan sonra da mühüm töhfələr verəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 noyabr 2011-ci il.