RUMINİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TRAYAN BESESKUYA
Ölkənizin milli bayramı - Birlik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan ilə Rumıniya arasındakı münasibətlərin inkişaf dinamikası məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı səfərlərimiz, təmaslarımız, ölkələrimiz arasında əməkdaşlığa dair imzalanan sənədlər xalqlarımızın rifahı naminə istər ikitərəfli qaydada, istərsə də regional məcrada əlaqələrimizin əhatə dairəsinin daha da genişlənməsinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 noyabr 2006-cı il.