RUS FOTOJURNALİSTLƏRİNİN SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycanda Rusiya ili çərçivəsində keçirilən tədbirdə müxtəlif mövzuların əks olunduğu 100-ə yaxın foto nümayiş etdirilir. Onların arasında Rusiya qışına, yayına, dövlət rəsmilərinin görüşünə həsr olunmuş fotolar diqqəti xüsusi cəlb edir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, “Roszarubejsentr”in Azərbaycan nümayəndəliyinin sədri İqor Jukov, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksand Ata və başqaları açılış mərasimində çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsində, sənət adamlarının yaxınlaşmasında belə tədbirlərin əhəmiyyətindən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub
- 12.10.2026 [18:57]