Rusiya Dövlət Dumasının deputatı koronovirus infeksiyasına yoluxub
Moskva, 25 aprel, AZƏRTAC
Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsinin sədri Leonid Kalaşnikov koronovirus infeksiyasına yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə deputat özü məlumat verib. Xəstəliyə öz sürücüsündən yoluxduğunu qeyd edən L.Kalaşnikov deyib ki, tomoqrafiya zamanı hər iki ağ ciyərinin iltihabı müəyyən edilib. Deputat hazırda xəstəxanada müalicə olunur.
Qeyd edək ki, Leonid Kalaşnikovun 59 yaşı var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]