RUSİYA FEDERASİYASI ƏRAZİSİNDƏ TİCARƏTLƏMƏŞĞUL OLAN AZƏRBAYCAN VƏTƏNDAŞLARININPROBLEMLƏRİNİN HƏLLİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1.Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin öyrənilməsi və həlli ilə bağlı aşağıdakı tərkibdə dövlət komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Elmar Məmmədyarov -Azərbaycan Respublikasının xarici
işlər naziri
Heydər Babayev -Azərbaycan Respublikasının iqtisadi
inkişaf naziri
Füzuli Ələkbərov -Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi naziri
Ramil Usubov -Azərbaycan Respublikasının daxili
işlər naziri
Ziya Məmmədov -Azərbaycan Respublikasının nəqliyyat naziri
İsmət Abasov -Azərbaycan Respublikasının kənd
təsərrüfatı naziri
Nazim İbrahimov -Azərbaycan Respublikasının Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin sədri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin
İcra Aparatının Regional idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri
Əli Həsənov -Azərbaycan Respublikası Prezidentinin
İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri
Novruz Məmmədov -Azərbaycan Respublikası Prezidentinin
İcra Aparatının Xarici əlaqələr şöbəsinin
müdiri
Polad Bülbüloğlu -Azərbaycan Respublikasının Rusiya
Federasiyasındakı fövqəladə və
səlahiyyətli səfiri
Məmməd Əliyev -Ümumrusiya Azərbaycanlıları Konqresinin
sədri
2.Komissiya bir ay müddətində tədbirlər planı hazırlayıb təsdiq etsin və onun həyata keçirilməsini təmin etsin. Görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2006-cı il.