Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR PUTİNİN NİTQİ

-Hörmətli Heydər Əliyeviç!

Hörmətli xanımlar və cənablar!

Möhtərəm, əziz dostumuz Heydər Əliyeviç Əliyevi bu gün Kremldə salamlamaqdan böyük məmnunluq duyuram. Azərbaycan Prezidentinin Rusiyaya dövlət səfəri ölkələrimizin münasibətlərində mərhələ təşkil edən hadisədir. Biz gələcək üçün strateji istiqamətləri birlikdə müəyyənləşdirməli, iki qardaş xalqın çoxəsrlik tarixində yeni səhifə açmalıyıq. İndi biz yeni dövlətlərarası münasibətlər qururuq. Bu münasibətlərin əsasını bərabər hüquqlu tərəfdaşlıq prinsipləri, ideyaların praqmatizmi, bir-birinin maraqlarına qarşılıqlı hörmət təşkil edir.

Dünya birliyinin terrorizmlə mübarizədə birgə tədbirlərinin dəstəklənməsində Azərbaycan rəhbərliyinin tutduğu aydın siyasi mövqeyi Rusiyada yüksək qiymətləndirirlər. Rusiya və Azərbaycan bu sahədə səyləri həm antiterror koalisiyasının iştirakı ilə, həm də Müstəqil Dövlətlər Birliyi formatında və ikitərəfli səpkidə bundan sonra da sıx əlaqələndirmək niyyətindədirlər. Biz əminik ki, bu, beynəlxalq terrorizmə qarşı daha səmərəli mübarizə aparmağa, onu lokallaşdırmağa, gələcəkdə isə onun kökünü kəsməyə kömək edəcəkdir.

Dərhal vurğulamaq istərdim ki, biz bu məsələdə Azərbaycan Prezidentinin dəstəyini hiss edirik. Biz onun xüsusi təhlükəli cinayətkarların yaxalanması və Rusiyaya verilməsinə dair cəsarətli qərarlarından xəbərdarıq və buna görə Azərbaycan rəhbərliyinə təşəkkür etmək istərdim.

Rusiya ilə Azərbaycanı coğrafi cəhətdən Qafqaz dağları birləşdirir. Ona görə də vahid mövqelərdən çıxış etməyimiz, Qafqazın sülh və tərəqqi regionuna çevrilməsi üçün birgə səylər göstərməyimiz son dərəcə vacibdir. Dağlıq Oarabağ münaqişəsi rusiyalıların ürəyini ağrıdır. Qafqazda iki qonşu xalq arasında sülhün olmaması, yüz minlərlə qaçqının isə öz evlərinə qayıda bilməməsi bizdə kədərli hisslər doğurur. Biz Qarabağ problemini dinc vasitələrlə həll olunmasına səmimi qəlbdən kömək etməyə çalışırıq.

Təsdiq etmək istəyirəm ki, Azərbaycan və Erməni xalqları arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün Rusiya özündən asılı olan hər şeyi edəcəkdir. Mühüm haldır ki, ölkələrimiz Xəzərlə bağlı problemlərdə öz mövqelərini ardıcıl surətdə yaxınlaşdırırlar. Ümidvarıq ki, digər sahilyanı dövlətlər də bizdən nümunə götürəcək və biz Xəzər dənizinin statusunu müəyyənləşdirməyə, təxirəsalınmaz problemləri, o cümlədən onun nadir bioloji ehtiyatlarının qorunması ilə bağlı problemləri birgə həll etməyə müvəffəq olacağıq.

Qəbələ radiolokasiya stansiyasının statusu haqqında bu gün bağlanmış sazişi ayrıca vurğulamaq istəyirəm. Bu sənədin həyata keçirilməsi sabitliyin və təhlükəsizliyin təkcə regional səviyyədə deyil, mübaliğəsiz deyə bilərik ki, qlobal səviyyədə də təmin edilməsinə ümumi sanballı töhfəmiz olacaqdır.

2010-cu ilədək olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə iqtisadi əlaqələri genişləndirmək üçün böyük perspektivlər açır. Bizim birgə işimiz göstərmişdir ki, Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının ciddi potensial ehtiyatları var və gələcək üçün də yaxşı potensial var. Bu potensialın reallaşdırılması üçün bizə miras qalmış və son illər əldə olunmuş işgüzar və texnoloji qarşılıqlı əlaqələrdən də - o cümlədən energetika, metallurgiya, maşınqayırma, yüngül sənaye, yeyinti sənayesi, nəqliyyat və infrasturuktur kimi mühüm sahələrdə maksimum istifadə etməliyik. İşgüzar əməkdaşlığımızın sanballı təcrübəsi qarşılıqlı surətdə dolğunlaşır, bizə əslində bütün fəaliyyət sahələrində müvəffəqiyyətə ümid bəsləməyə imkan verir.

Biz artıq dəfələrlə yəqin etmişik ki, Rusiya-Azərbaycan kooperasiyasının dərinləşməsi real iqtisadi fayda gətirir və əhalinin sosial problemlərinin həllinə kömək edir. Rusiyada Azərbaycan mədəniyyəti günlərinin necə maraqla və diqqətlə qarşılandığını bilirsiniz. Mədəniyyət, elm, təhsil sahəsində çoxdankı və olduqca möhkəm əlaqələrimiz güclü mənəvi qüvvəyə malikdir, əməkdaşlıq üçün yaxşı zəmin yaradır. Məhz bu əlaqələr mədəni ənənələrimizi əsrdən-əsrə zənginləşdirmiş, milli inkişafa müsbət təsir göstərmiş, xalqlarımızı yaxınlaşdırmış və birləşdirmişdir. Odur ki, biz gələcəkdə bu əlaqələrin möhkəmlənməsinin və inkişafının davam etməsi üçün birgə işləməyə hazırıq.

Hörmətli Heydər Əliyeviç, hörmətli xanımlar və cənablar! Mən ötən ilin yanvarında Bakıya səfərimi də, bütün Rusiya nümayəndə heyətinin son dərəcə mehribanlıqla qarşılandığını da səmimiyyətlə xatırlayıram. Əlbəttə, həm Rusiyaya, həm də Rusiya xalqına ünvanlanmış səmimi və xoş sözləriniz bizim hamımızı riqqətə gətirmişdi. Böyük Nizami demişdir: Ürəkdən gələn söz həmişə ürəyə yol tapır.

Bu gün, yeni əsrin başlanğıcında başa düşürük ki, Rusiya və Azərbaycan xalqları arasında münasibətlərdəki açıqlıq və etimad bizim ümumi sərvətimizdir, onu qoruyub saxlamalı və artırmalıyıq.

İcazə verin, qardaş xalqlarımızın firavanlığı və tərəqqisi şərəfinə, Rusiya ilə Azərbaycan arasında strateji, çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsi şərəfinə, Azərbaycan xalqının şərəfinə və onun Prezidentinin şərəfinə, Heydər Əliyeviç Əliyevin şərəfinə badə qaldırım.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir