Rusiya Federasiyasının Vladivostok şəhərindəki “MİREY” şirkətlər qrupunun baş direktoru Hafiz Qurbanovdan
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin liderliyinizlə Azərbaycan dövlət quruculuğu, siyasət, iqtisadiyyat, mədəniyyət və milli ənənələrin qorunması sahələrində böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu, investisiya cəlbediciliyi - bütün bunlar Sizin xidmətlərinizin bəhrəsidir. İndi Azərbaycan dünyada layiqli yer tutur, beynəlxalq arenada ölkənin nüfuzu ilbəil artır. Ümummilli lider Heydər Əliyevin və Sizin gördüyünüz böyük işlər sayəsində Azərbaycan xalqı öz qüdrətli Vətəni ilə fəxr edir.
Azərbaycan Respublikasının daha da inkişaf etməsi naminə ali dövləti vəzifənizdə Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, Sizin zəngin təcrübəniz və yüksək peşəkarlığınız bundan sonra da ali dövləti vəzifənizdə uğurla və səmərəli işləməyə imkan verəcəkdir.
Hörmətlə,
Hafiz Qurbanov
Rusiya Federasiyasının Vladivostok şəhərindəki “MİREY” şirkətlər qrupunun baş direktoru