RUSİYA HÖKUMƏTİ İNNOVASİYA XƏTTİ GÖTÜRMÜŞDÜR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mayın 15-də Rusiya Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası olmuşdur.
İclasda ölkənin 2009-2011-ci illərdə inkişafının əsas istiqamətləri müzakirə olunmuş, inkişafın innovasiya variantı əsas götürülmüşdür. Həmin varianta əsasən ümumi daxili məhsul hər il 6,5 faiz artacaqdır. Dövlət iqtisadiyyata sərmayə yatıracaq və bankları investisiyalara təşviq edəcəkdir. Sosial xərcləri, həmçinin büdcə təşkilatlarında çalışanların əmək haqqını artırmaq planlaşdırılır. İnnovasiya variantında elmi-tədqiqat və təcrübə-konstruktor tədqiqatlarına, təhsil və səhiyyəyə xərcləri artırmaq, pensiya və maaşların daha dinamik artımını təmin etmək nəzərdə tutulur.
Bundan əlavə, Baş nazir Vladimir Putin müavinlərinin və bir sıra nazirlərin daxil olacağı hökumətin rəyasət heyətini yaratmağı təklif etmişdir.
Nazirlər Kabinetinin iclasının ayda bir dəfədən gec olmayaraq keçiriləcəyini bildirən Baş nazir demişdir: “Hazırda hökumətin iclasları kifayət qədər ağır, bürokratik mexanizmdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]