Rusiya Prezidenti canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq
Moskva, 20 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin artıq 17-ci dəfə canlı yayımda ölkə vətəndaşlarının suallarına birbaşa efirdə cavab verəcək. Moskva vaxtı ilə 12:00-da başlayacaq “Vladimir Putin ilə canlı yayım” proqramını Rusiyanın Birinci kanalı, “Rossiya-1”, “Rossiya-24”, “NTV”, “ORT”, “Mir” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossii” radiostansiyaları yayımlayacaq.
Bu gün saat 10:00-a olan məlumata görə, ölkə başçısına 1,5 milyondan çox müraciət daxil olub. Suallar iyunun 9-dan başlayaraq canlı yayım bitənədək qəbul edilir. Müraciətləri SMS və ya MMS-lə, “Moskva-Putin” mobil əlavəsi, yaxud “moskva-putinu.ru” saytı vasitəsilə göndərmək olar.
Prezident Vladimir Putin ilk canlı yayımı 2001-ci ildə keçirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]