Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN NİTQİ

- Hörmətli İlham Heydər oğlu!

Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Sizin forumun qonağı olmaq dəvətinə görə Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyinə təşəkkür edir, onun həm rusiyalı iştirakçılarını, həm də bizə dost olan Azərbaycandan Moskvaya gəlmiş bütün qonaqlarını salamlayıram.

Mən bəri başdan iki məqamı vurğulamaq istərdim. İlk növbədə, Rusiyada biz Azərbaycan icmasını dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsinin mühüm amili hesab edirik, onun təşəbbüsləri həm siyasi əməkdaşlığımızın, həm də işgüzar əməkdaşlığımızın xeyrinədir. İkincisi, biz hamımız bilirik ki, - mən burada yüksək üslubda danışmaq istərdim, - Konqres Azərbaycan xalqının görkəmli oğlu və ölkəmizin, Rusiyanın səmimi, həqiqətən səmimi dostu Heydər Əlirza oğlu Əliyev tərəfindən yaradılmışdır. Bizim hamımızın sevdiyi və hörmət etdiyi insanın oğlunun – Azərbaycan Prezidentinin burada olmasının nəinki ciddi rəmzi mənası var, həm də xalqlarımız arasında münasibətlərin varisliyinə, ən səmimi dostluğa və tərəfdaşlığa sübutdur.

Əziz dostlar, yüzilliklər ərzində Rusiya və Azərbaycan xalqlarının, mübaliğəsiz, ümumi tarixi taleyi olmuşdur. Biz, necə deyərlər, bir ailədə birlikdə işləmiş və yaşamışıq, çətin anlarda bir-birimizi daim dəstəkləmişik. Gələn il ümumi böyük bayramımızı – Böyük Vətən müharibəsində qələbənin 60 illiyini də birlikdə qeyd edəcəyik. Azərbaycan xalqının Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş yarım milyondan çox oğul və qızının hünərləri haqqında xatirə Rusiyada daim yaşayacaqdır. Biz qələbə üçün neft mədənlərindən strateji yanacaq göndərmiş, ordunu silah, döyüş sursatı, ərzaq ilə təchiz etmiş arxa cəbhə işçilərinin fədakar əməyindən də yaxşı xəbərdarıq. Müharibədən sonrakı illərdə Bakı neftçiləri Sibirin yataqlarının işlənilməsinə kömək etmiş, ölkənin güclü yanacaq-energetika kompleksinin əsaslarını qoymuşlar. On minlərlə rusiyalı mütəxəssis isə Azərbaycanın istehsal, aqrar potensialını möhkəmləndirmiş, yeni ali məktəblər və elmi mərkəzlər yaradılmasına kömək etmişlər.

Rusiyada ürəkdən istəyirlər ki, Azərbaycan sabit, təhlükəsiz, iqtisadi cəhətdən güclü dövlət olsun. Yalnız iqtisadi cəhətdən müstəqil ölkələr nüfuzlu, Rusiya üçün çox vacib olan müstəqil və deməli, xalqlar arasında mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq siyasəti formalaşdıra və həyata keçirə bilərlər. Rusiya da məhz belə ölkələrlə qonşu olmaq istəyir, Rusiya Azərbaycanın məhz belə olmasını istəyir. Əminəm ki, biz böyük zəhmət və qan bahasına əldə edilmiş mehriban qonşuluq və əməkdaşlıq kimi çox dəyərli nailiyyətimizi qoruyub saxlamalı və inkişaf etdirməliyik, xalqlarımızın nümayəndələri üçün hər cür şərait yaratmalıyıq, əlimizdən gələni etməliyik ki, Azərbaycanda yaşayan ruslar və Rusiyada yaşayan azərbaycanlılar özlərini rahat hiss etsinlər. Bütün bunlar xalqlarımızın həm indiki firavanlığının, həm də gələcək tərəqqisinin çox mühüm amilləridir.

Sizin Konqres Azərbaycan diasporunun tanınmış və nüfuzlu təşkilatıdır. Siz mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olursunuz, sosial uyğunlaşma proqramlarına kömək edirsiniz, bir çox başqa istiqamətlərdə çalışırsınız. Biz də Rusiya cəmiyyəti həyatının bütün sahələrinə Azərbaycan diasporunun töhfəsini yüksək qiymətləndiririk. Bir məsələni də qeyd etmək istəyirəm. Ən böyük və bayaq dediyim kimi, təşəbbüskar diasporlardan biri olan Azərbaycan diasporunun həyat və fəaliyyəti ilə bağlı məsələlər həmişə ikitərəfli siyasi dialoqun diqqət mərkəzindədir. Bununla əlaqədar bu iki dövlətdə vətəndaşların təhsil alması və işləməsi və əlbəttə ki, zəngin milli ənənələrin qarşılıqlı surətdə inkişafı, doğma dilin, doğma mədəniyyətin öyrənilməsi üçün geniş, bərabər hüquqlu imkanlar yaradılmasını mühüm strateji vəzifə hesab edirəm. Bunun üçün isə, ilk növbədə, biz birlikdə miqrasiya və əmək münasibətlərinin müasir hüquqi bazasını formalaşdırmalıyıq. Etnik münasibətlər məsələsinin həllinə diasporun nümayəndələrini cəlb etmək də bu gün mühüm vəzifələrdən biridir. Təkcə dövlət orqanları deyil, cəmiyyət də əcnəbilərə nifrətin və dini dözümsüzlüyün hər cür təzahürlərinə dərhal öz münasibətini bildirməli, məişət səviyyəsində millətçiliyin hələ də rast gəlinən təzahürləri ilə qətiyyətlə mübarizə aparmalıdırlar.

Rusiyada da, Azərbaycanda da xalqların qarşılıqlı hörmət, millətlərarası və konfessiyalararası həmrəylik ənənələrini qoruyub saxlayırlar. Sizin Konqres də digər ictimai, dini, maarifçilik təşkilatları ilə bir yerdə bu işə öz ciddi töhfəsini verə bilər.

Bir daha qeyd edirəm ki, bu işin səmərəliliyi Konqresin ölkəmizin həm vətəndaş cəmiyyəti təsisatları ilə, həm də dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətindən çox asılıdır.

İqtisadi əməkdaşlığımız haqqında da bir neçə söz demək istərdim. İndi əlaqələr – Rusiya və Azərbaycan müəssisələri arasında əvvəlki əlaqələr fəal surətdə bərpa edilir və yeni kooperasiya əlaqələri meydana gəlir. Sərmayələrin həcmi artır, regionların xətti ilə birbaşa əlaqələr genişlənir. 2003-cü ildə qarşılıqlı əmtəə dövriyyəsi təxminən 40 faiz artaraq, yarım milyard dollardan çox olmuşdur. Lakin hər iki ölkənin hökumətləri bu müsbət meyli nəinki möhkəmlətməli, həm də mütləq irəliləməlidirlər. Onlar Rusiyanın və Azərbaycanın işgüzar mənafelərinin üçüncü ölkələrin bazarlarında irəliləməsinə qarşılıqlı köməyin yolları barədə düşünməlidirlər.

Nəhayət, bizim münasibətlərimizdə mədəni və humanitar əməkdaşlıq xüsusi yer tutmalıdır. Mədəniyyət günlərinin, teatrların və musiqi kollektivlərinin qastrollarının keçirilməsi, digər yaradıcılıq layihələri iki xalqın bir-birinin həyatı barədə biliklərini zənginləşdirir. Zənnimcə, siz bununla razılaşarsınız ki, bu, indi – müstəqil dövlətlər kimi inkişaf etdiyimiz bir dövrdə xüsusilə vacibdir. Əlbəttə ki, elmi əlaqələrin, gənclər, təhsil mübadilələrinin, birgə idman yarışları keçirilməsinin olduqca böyük əhəmiyyəti var. Bütün bunlar siyasi dialoq üçün, tərəfdaşlığımızı möhkəmlətmək üçün ciddi bazadır. Bütün bunlar dövlətlərarası münasibətlərin inkişafı üçün əlverişli mühit yaradır.

Əminəm ki, sizin Konqres, ümumən, Azərbaycan diasporu iqtisadi, işgüzar əməkdaşlığımızın səmərəliliyini nəzərəçarpacaq dərəcədə yüksəltməyə, humanitar əlaqələrin inkişafına, dövlətlərimiz arasında münasibətlərdə etimad ruhunun möhkəmlənməsinə ciddi təsir göstərməyə qadirdir.

Hörmətli dostlar, biz başqa bir məsələni də unutmamalıyıq. Tərəfdaşlığımızın səmərəliliyi Müstəqil Dövlətlər Birliyində müsbət proseslərin gedişinə birbaşa təsir göstərir. Ölçülüb-biçilmiş xarici siyasət xətti, bir çox məsələlərdə vahid mövqelər beynəlxalq aləmdə işimizin səmərəsini yüksəldir, dünyada Rusiyanın da, Azərbaycanın da nüfuzunu, onların əhəmiyyəti və rolunu yüksəldir. Bundan başqa, biz beynəlxalq terrorizmlə mübarizədə səngərin bir tərəfindəyik. Bu bəla vətəndaşlarımız üçün, bütün Avrasiya məkanı üçün real təhlükə törədir. Ölkələrimizdə bu təhlükənin nə demək olduğunu yaxşı bilirlər. Odur ki, ümumi vəzifəmiz həqiqi antiterror tərəfdaşlığını gücləndirməkdən, terrorçular və onların əlaltıları üçün əlverişli mühit olan millətçiliyin və ekstremizmin hər cür təzahürlərinin qarşısını qətiyyətlə almaqdan ibarətdir.

Daha bir vəzifəni xüsusi qeyd etmək istərdim. Rusiya və Azərbaycan Qafqazda ziddiyyətlərin mürəkkəb və qarışıq düyününü açmaqda sıx əməkdaşlıq edirlər. Bizim ölkəmiz bu bərəkətli diyarın sülh və sabitlik şəraitində inkişafında olduqca maraqlıdır. Bu strateji məqsədə nail olmaq üçün biz sülhyaratma danışıqları sahəsində aktiv fəaliyyətimizi davam etdirmək, onu sizinlə və MDB üzrə digər tərəfdaşlarımızla birlikdə davam etdirmək niyyətindəyik.

Bugünkü Rusiyada M.Maqomayevin, İbrahimbəyovlar kimi yazıçıların və teatr xadimlərinin, rəssam T.Salahovun yaradıcılığını yüksək qiymətləndirir və sevirlər. Biz Salmanov, Məmməd Əliyev kimi alimlərin vətənin elmə verdikləri ciddi töhfələri bilirik. Bu adamların adları və nailiyyətləri, mübaliğəsiz demək olar ki, həm Rusiyanın, həm də Azərbaycanın, rus və Azərbaycan xalqlarının fəxridir. Əminəm ki, ölkəmizin digər vətəndaşları kimi, Rusiyada yaşayan azərbaycanlılar da Rusiyanın möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun və statusunun yüksəlməsinə bundan sonra da kömək edəcəklər.

Mən sizin qurultayınıza səmərəli iş və uğurlar, bütünlükdə Azərbaycan Konqresinə dövlətlərimizin rifahı naminə, Azərbaycanın və bütün Azərbaycan xalqının tərəqqisi naminə yeni təşəbbüslər arzulayıram.

Çox sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH