Rusiya və Türkiyə Xarici İşlər nazirləri koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər
Moskva, 28 aprel, AZƏRTAC
Rusiyanın və Türkiyənin Xarici İşlər nazirləri koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Tərəflər koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı Rusiya və Türkiyə vətəndaşlarının qarşılıqlı surətdə vətənə qaytarılması, Suriya münaqişəsinin nizamlanması məsələləri diqqət mərkəzində olub.
Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərə dair aktual məsələləri, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət istiqamətlərini də nəzərdən keçiriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]