DÜNYA
Rusiyada vulkana qalxmağa cəhd göstərən 8 turist həlak olub
Moskva, 5 sentyabr, AZƏRTAC
Rusiyanın Kamçatka yarımadasında Klyuçevsk vulkanına qalxmağa cəhd göstərən 8 turist həlak olub.
AZƏRTAC xəbər verir ki, hazırda turistləri müşayiət edən iki bələdçi 4000 kilometr hündürlükdə xilasediciləri gözləyir. Xilasedicilər dəstəsi helikopterlə əraziyə gətirilib. Lakin hava şəraitinin əlverişsiz olması səbəbindən onların bələdçilərə çatması üçün azı bir sutka vaxt tələb olunur.
Avqustun 30-da 10 turist və 2 bələdçidən ibarət dəstə Klyuçevsk vulkanına doğru hərəkətə başlayıb. Elə həmin gün dörd turistin hündürlükdən yıxılaraq həlak olduğu bildirilib. Daha sonra həlak olan turistlərin sayının 8 nəfərə çatdığı məlum olub.
Qeyd edək ki, Klyuçevsk vulkanı Avrasiyanın ən yüksək fəaliyyətdə olan vulkanıdır. Onun hündürlüyü 4754 metr təşkil edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [23:08]
Nigerdə azı 7 əsgər yaraqlıların hücumu nəticəsində öldürülüb
- 21.05.2024 [22:35]
Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb
- 21.05.2024 [21:16]
Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək
- 21.05.2024 [20:22]
Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]