Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Mixaylonun qəhrəmanlıqlarından bəhs edilib VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəmanlıqlarından bəhs edilib.
AZƏRTAC xəbər verir ki, reportaj Rusiya Prezidenti Vladimir Putinin Sloveniyaya səfəri çərçivəsində hazırlanıb.
Süjetdə qeyd olunur ki, Birinci Dünya müharibəsi zamanı Sloveniya ərazisində Qızıl Ordunun 40 min, İkinci Dünya müharibəsində isə təkcə Maribor şəhərindəki əsir düşərgəsində 5 min hərbçisi olub. Buradan xilas olanlar partizan dəstələrinə qoşulurdular. Onlardan biri olan Mixaylo ləqəbli əfsanəvi partizan Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun sıralarında döyüşüb və böyük qəhrəmanlıqlar göstərib.
Süjetdə unudulmaz qəhrəmanın şərəfinə Sloveniyada abidənın ucaldıldığı da diqqətə çatdırılır.