Rusiyanın Sankt-Peterburq şəhərindəki “Azərbaycanın Dostları Cəmiyyəti” Regional İctimai Təşkilatının sədri İdris Qəhrəmanovdan
Çox hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Sankt-Peterburq şəhərindəki “Azərbaycanın Dostları Cəmiyyəti” Regional İctimai Təşkilatının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan azərbaycanlılar müdrik siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işinin yorulmaz davamçısı kimi Sizin müstəsna xidmətlərinizi yüksək qiymətləndirirlər.
Biz öz tariximizi unutmuruq, onunla fəxr edirik, bu tarixi öz uşaqlarımıza da öyrədirik.
Əminik ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi üçün Sizin daim yürütdüyünüz müdrik siyasət azərbaycanlıların öz tarixi Vətəni ilə mədəni əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir.
Azərbaycanımızın, xalqımızın, bütün dünya azərbaycanlılarının xoşbəxtliyi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı və uzun ömür arzu edirik.
Dərin hörmətlə,
İdris Qəhrəmanov
Rusiyanın Sankt-Peterburq şəhərindəki “Azərbaycanın Dostları
Cəmiyyəti” Regional İctimai Təşkilatının sədri