Rusiyaya qarşı 10-cu sanksiya paketi 11 milyard avroluq məhdudiyyəti nəzərdə tutur
Bakı, 15 fevral, AZƏRTAC
Avropa İttifaqının yaxın günlərdə Rusiyaya qarşı tətbiq edəcəyi onuncu sanksiyalar paketi 11 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında deyib. Onun sözlərinə görə, yeni sanksiyalar paketinə RF-in hərbi ehtiyaclar üçün istifadə etdiyi elektron komponentlərin ixracına məhdudiyyətlər daxildir.
Bir müddət öncə Ursula Fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı onuncu sanksiya paketinin fevralın 24-dək qüvvəyə minəcəyini və əvvəlki paketlərdə olan boşluqları dolduracağını bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]