Rza Əliyev: Bakıda keçiriləcək dünya kuboku yarışlarında rəqabət çox güclü olacaq
Bakı, 12 mart, AZƏRTAC
Martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarında Azərbaycan milli komandasının uğurla çıxış edəcəyinə ümid edirəm.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri kişilərdən ibarət milli komandamızın baş məşqçisi Rza Əliyev deyib.
O, dünya kuboku yarışlarına hazır olduqlarını bildirərkən deyib: “İlk dəfə məhz dünya kuboku yarışlarında Olimpiya Oyunları üçün lisenziya qazanmaq mümkün olacaq. Ona görə də vəsiqəni qazanmağa ümid edirik. Bu, hər bir idmançının arzusudur”.
Baş məşqçi vurğulayıb ki, turnirdə rəqabət çox güclü olacaq. Çünki yarışda Olimpiya, dünya və Avropa çempionları iştirak edəcəklər. Biz cari ilə Bakıdakı dünya kuboku ilə başlayırıq. Təbii ki, müsbət nəticəyə köklənmişik. Məşqçilər də, idmançılar da həyəcanlıdır, amma beynəlxalq yarışlardan əvvəl belə də olmalıdır.
Qeyd edək ki, dördgünlük turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar uğrunda isə 121 kişi və 49 qadın gimnast mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [16:40]
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb
- 18.06.2026 [16:38]
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]