CƏMİYYƏT
Saatlıda oğurluq edən şəxslər saxlanılıb
![](/files/galleryphoto/2020/2/1200x630/15891824126165362951_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15891824121226457341_1200x630.jpg)
Bakı, 11 may, AZƏRTAC
Saatlıda oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Saatlı rayon sakini E.Mürsəlov Rayon Polis Şöbəsinə müraciət edərək qardaşına məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri Ə.Həsənov və T.Əsədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər 1 ədəd televizor və 1 ədəd motorlu otbiçən oğurlamaqla zərərçəkmişə 1450 manat dəyərində ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.