CƏMİYYƏT
Sabahdan mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə icazə verilir
![Sabahdan mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə icazə verilir](/files/2022/1/1200x630/16464935711081211800_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Martın 6-dan etibarən dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin keçirilməsinə icazə verilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərarında bildirilib.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısı almaq məqsədilə sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.