Sabunçu və Qaradağ rayonlarında oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 10 noyabr, AZƏRTAC
Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları Maştağa qəsəbəsində bir evin həyətindən 3000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından ümumilikdə 1482 manat pulu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini də Cabir Əsgərov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]