Saçların ağarması melanin piqmenti ilə əlaqədardır
Bakı, 24 aprel, AZƏRTAC
Bəzən saçların ağarması qocalmanın siqnalı kimi qəbul edilir. Bu, nə dərəcədə doğrudur? Əvvəlcədən bunun normal təbii proses olduğunu qəbul etmək lazımdır. Bu proses gec və ya tez hər kəsdə baş verir. Lakin saçlarda ilk ağ tüklərin 30-35 yaşlarında görünməsi normal hal hesab edilir. 50 yaşlarında isə həmin prosesin sürətlənməsi müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, dermatoloqlar saçların tez ağarmasını müxtəlif səbəblərlə izah edirlər. Bu, həm irsi, həm də əsəb, stress və depressiya problemlərindən yarana bilər. Saçların ağarması dəri xəstəliyi - dəmrov və s. nəticəsində də baş verir.
Melanin piqmentinin az və ya çoxluğundan asılı olaraq saçlar şabalıdı, kürən və qara rənglərdə olur. Saçların ağarmasına da həmin piqmentin çatışmazlığı səbəb olur, yəni yaş ötdükcə piqmentlərin sayı azalır. Ağarma prosesi irsi olmayan faktorla bağlı olanda dəridə müxtəlif xəstəliklər fonunda baş verir. Dermatoloq və trixoloqların fikrincə, orqanizmdə və ya qanda hansısa element çatışmayanda ya melanin istehsal olunmur, ya da az istehsal olunur. Melanin tük follikuluna çatmayanda da həmin proses baş verir. Sink, selen və digər mikroelementlərinin çatışmaması, qanda anemiya olması da ağarmaya səbəb olur.
Saçların ağarması səbəbini müəyyən edib qabaqlayıcı tədbir görmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]