Şahdili burnunda fləşmob keçirilib
Bakı, 9 noyabr, AZƏRTAC
Abşeron Milli Parkında “Zəfər günlərimin şahidi - Bayraq” şüarı altında Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Binəqədi rayonu 244 nömrəli məktəbin şagirdləri Azərbaycanın Zəfər Günü münasibətilə əllərində bayraqlarla Şahdiliyə yürüş edib. Şəhidlərin xatirəsi anılıb, himn oxunub, vətənpərvərlik şeirləri söylənilib.
“Zəfər günlərimin şahidi - Bayraq” aksiyası Şahdili burnunda fləşmobla başa çatıb.