İQTİSADİYYAT
Sahibkarların qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib
Bakı, 23 iyul, AZƏRTAC
Sahibkarların problemlərinə həssaslıqla yanaşan “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev onların müraciətlərinin araşdırılması üçün Nizami rayonunda “Açıq mikrofon” aksiyasının keçirilməsinə göstəriş verib.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada Birliyin İdarəetmə Aparatını təmsil edən İbrahim Kərbalayev, eləcə də Nizami qaz xidmət sahəsinin əməkdaşları sahibkarları dinləyib, onların ərizələrini qəbul ediblər. Görüşdə İbrahim Kərbalayev sahibkarlığın inkişafına dəstək məqsədilə Birlik tərəfindən daim intensiv işlərin görüldüyünü bildirib. O, sahibkarlıq subyektlərinin qaz təchizatının daim diqqət mərkəzində saxlanıldığını, hətta onlara yaranmış debitor borclarla bağlı əlavə vaxt verildiyini qeyd edib. Tədbirdə öz təkliflərini və fikirlərini səsləndirən sahibkarlar keçirilən aksiyaya və onlara göstərilən diqqətə görə Birlik əməkdaşlarına təşəkkürlərini bildiriblər.