İQTİSADİYYAT
SAHİBKARLIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ SEMİNAR-MÜŞAVİRƏ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağdaş Rayon İcra Hakimiyyətində sahibkarlığın inkişafına həsr edilmiş seminar-müşavirə keçirilmişdir. Fermerlərin, kiçik və orta bizneslə məşğul olan sahibkarların, habelə müvafiq idarə və təşkilatların rəhbər işçilərinin iştirak etdiyi tədbirdə rayon icra hakmiyyəti başçısının birinci müavini Niyaz Əliyev, respublika İqtisadi İnkişaf Nazirliyi Aran regional inkişaf şöbəsi müdirinin müavini İlqar Zülfüqarov və başqaları çıxış etmişlər. Çıxışçılar ümummilli liderimiz Heydər Əliyevin, onun siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı sərəncam və göstərişlərindən, bu sahəyə dövlət qayğısından, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət verilməsinin zəruriliyindən danışmışlar.
Seminar-müşavirədə qeyd edilmişdir ki, təkcə Ağdaşda son vaxtlar 250 nəfərdən çox sahibkara kredit verilmişdir. Onların 182 nəfəri torpaq mülkiyyətçisidir.