SAHİL PARKI LƏNKƏRANLILARIN YENİ İSTİRAHƏT GUŞƏSİDİR
Lənkəran şəhərində, Xəzər dənizinin sahilində müasir tələblərə cavab verən yeni sahil parkı salınmışdır.
Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva parka gələrək, burada yüksək zövqlə yaradılan istirahət guşələrini gəzdilər. Gəzintiyə çıxan sakinlər onları ehtiramla qarşıladılar, uşaqlara göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər. Xəzərin sahilində gəzintiyə çıxmağın, xüsusilə uşaqlarda böyük sevinc doğurduğunu bildirdilər.
Gələcəkdə bu park sahilboyu bir neçə kilometr uzadılacaq, burada xüsusi işıqlandırma sistemi, əyləncə qurğuları quraşdırılacaqdır.
Dövlətimizin başçısı və xanımı parkdan Xəzər dənizini seyr etdilər, uşaqlarla söhbət etdilər.