İDMAN
Şahmat üzrə qadınlar arasında Avropa çempionatının başa çatmasına bir tur qalıb
Bakı, 17 iyul (AZƏRTAC). Plovdivdə şahmat üzrə qadınlar arasında keçirilən Avropa çempionatının başa çatmasına bir tur qalıb.
AZƏRTAC xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə Maria Kursova ilə, Gülnar Məmmədova Türkan Məmmədyarova ilə, Nərmin Kazımova isə Kübra Öztürk ilə xalları yarı bölüblər. Xəyalə Abdulla Olqa Zimina ilə, Aytən Əmrayeva isə Zehra Topel üzərində qələbə qazanıblar. Səbinə İbrahimova, Nərmin Məmmədova və Nərmin Söyünlü bu turda məğlub olublar.
Beləliklə, on turdan sonra Abdulla Xəyalə, Günay Məmmədzadə, Türkan Məmmədyarova və Gülnar Məmmədova 5,5, Səbinə İbrahimova, Aytən Əmrayeva və Nərmin Kazımova 5, Nərmin Xələfova, Nərmin Məmmədova 3,5, Nərmin Söyünlü isə 2,5 xal toplayıblar.
Turnirin vahid lideri 8,5 xalla Rusiya şahmatçısı Valentina Quninadır.