SAMARALI RƏSSAMIN FƏRDİ YARADICILIQ SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə rəssamın qrafika janrında 19 əsəri nümayiş etdirilir. Onların əksəriyyətində Samara mənzərələri, şəhərdə artıq mövcud olmayan binalar öz əksini tapmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edərək, Stanislav Şeqlovun yaradıcılıq sərgisini Samara vilayəti ilə Azərbaycan arasında qarşılıqlı mədəni əlaqələrin inkişafında əhəmiyyətli addım kimi dəyərləndirmişdir. O xatırlatmışdır ki, Samarada fəaliyyət göstərən Azərbaycan diasporu vilayətin mədəni həyatında fəal iştirak edir. Həmvətənlərimiz şəhərdəki “Dostluq” klubunda Azərbaycan mədəniyyətini, milli dəyərlərimizi yetərincə təbliğ edirlər.
Samara vilayətinin mədəniyyət və gənclər siyasəti naziri Olqa Rıbakova, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Samara rəssamlıq muzeyinin direktoru Vladimir Vostrikov mədəni əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsində belə tədbirlərin vacibliyindən danışmışlar.
Vladimir Vostrikov sərgidə nümayiş olunan əsərlərin Azərbaycana bağışlanması barədə sertifikatı nazir Əbülfəs Qarayevə təqdim etmişdir.