Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şamaxıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda üçüncü regional konfrans başa çatmışdır

Şamaxıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda üçüncü regional konfrans başa çatmışdır

Şamaxı, 13 aprel (AZƏRTAC). Ümummili lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Şamaxıda Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların, fəal dindarların və ilahiyyatçıların iştirakı ilə keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda ikigünlük regional konfrans aprelin 13-də işini davam etdirmişdir.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən regional konfransın ikinci iş günü plenar iclaslarla davam etdirilmiş, iştirakçılar qarşısında maraqlı məruzə və çıxışlar olmuşdur.

“Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik” mövzusunda keçirilən 1-ci plenar iclasda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda məruzəsində Azərbaycan xalqının islam mədəniyyətinə töhfələrindən geniş söz açmışdır. Natiq sovet imperiyasının 70 illik hakimiyyəti dövründə ənənələrin qırılmasının müşahidə olunduğunu, nəticədə xaricdə formalaşan cərəyanların Azərbaycana zidd ənənələr gətirməyə çalışdıqlarını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan dindarı qarşısında duran əsas vəzifələrdən biri məhz öz dini ənənələrini öyrənmək və bərpa etmək, onu zərərli xarici təsirlərdən qorumaqdır.

Daha sonra Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım “Azərbayanda ənənvi dindarlıq”, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Fuad Quliyev “Şirvan bölgəsində ənənəvi dindarlığın perspektivləri”, Elnurə Əzizova “İslamda ailə modeli və müasir cəmiyyət”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarovun “Dini radikalizmin və ekstremizmin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda məruzələri maraqla qarşılanmışdır.

Kontransın”Dini icmalar: problemlər, reallıqlar və gözləntilər” mövzusunda 2-ci plenar iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini icmaların fəaliyyətində meydana çıxan problemlərdən, icma üzvlərinin üzərlərinə düşən vəzifələrdən geniş söz açmışdır. Qeyd etmişdir ki, bir çox hallarda icmaların üzləşdikləri problemlər bilavasitə onların hətta nizamnamə ilə dolğun şəkildə tanış olmamalarından irəli gəlir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əliyevin “Dini icmalar və yeni media” mövzusunda məruzəsi də maraqla dinlənilmişdir. Məruzədə dini icmaların nümayəndələrinə yeni media və sosial şəbəkələr haqqında geniş məlumat verilmişdir.

“İslamda orta yol” mövzusunu əhatə edən plenar iclasda “Elm yurdu” İctimai Birliyinin sədri Elşad Mahmudovun “Mötədillik: əsasları və prinsipləri”, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Rafiz Manafovun “Vəhdət naminə məzhəblərarası dialoq” mövzusunda məruzələri dinlənilmişdir.

“Vətənpərvəlik və milli-mənəvi dəyərlərimiz” plenar iclası çərçivəsində Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində ənənəvi dindarlığın və milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda məruzəsi dinlənilmiş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş sənədli film nümayiş olunmuşdur.

DQİDK sədrinin müavini Gündüz İsmayılov regional konfransın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu cür tədbirlərin keçirilməsi dövlət-din münasibətlərinin daha da yaxınlaşmasına xidmət edir. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, din sahəsində də uğurlu addımlar atılır. Bu isə öz növbəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir.

Sonda konfrans iştirakçıları adından bəyanat qəbul edilmişdir. Bəyanatda ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi konsepsiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, konfrans iştirakçıları milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğını, bu sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir və dəstəkləyirlər. Konfrans iştirakçıları bu baxımdan 743-cü ildə inşa edilmiş, Cənubi Qafqazın ilk məscidi olan, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni-daşnak-bolşevik hərbi birləşmələri tərəfindən əksəriyyəti uşaq, qadın və qoca olmaqla 1500 nəfərin sığınacaq tapdığı insanlarla birlikdə yandırılıb dağıdılan Şamaxı Cümə məscidinin Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı təmir edilərək yenidən qurulmasını yüksək qiymətlndirir, bu xeyirxah əməli üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Bu məscidin bərpası Azərbaycan xalqı, o cümlədən bütün dindarlar üçün təkcə ibadət evinin yenidən qurulması deyil, həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasıdır.

Bəyanatda daha sonra deyilir: “Biz dindarlar din sahəsinə göstərilən qayğı ilə yanaşı, Azərbaycanın iqtisadi gücünün artırılmasına, bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsinə və sosial problemlərin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə də dövlətimizin başçısına təşəkkürümüzü bildiririk.

Bölgə dindarları ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər müvafiq qurumlarla birgə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirirlər. Belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir”.

Bəyanatda bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar üçün təlim kurslarını təşkil etməsi təşəbbüsünün dəstəkləndiyi və bunun ciddi nəticələr verəcəyinə əminlik ifadə olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı artır” - birgə müraciət

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Hərb Tarixi Muzeyində “Şəhidləri tanıyaq və tanıdaq” adlı anım tədbiri keçirilib

Kir Starmer: Biz bunu bacardıq!

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC-dən filial və kolleclərlə birlikdə 7000-ə yaxın tələbə məzun olur

“Elektrik şəbəkəsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Həndbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır EKSKLÜZİV

Energetika naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

Türkiyənin Erbakır Fen Liseyinin nümayəndə heyəti BANM-də olub

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin təsviri müəyyənləşib

Atlantik okeanından 89 miqrantın cəsədi çıxarılıb

Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirin finalına yüksəlib

Elektrik şəbəkəsinə dair qaydalar təsdiqlənib

Baş Prokurorluq: Elektrik dirəyindən yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır

Mütəxəssis: Fiziki aktiv həyat tərzi ürək-damar xəstəliklərinin qarşısının alınmasında zəruri komponentdir

Türkiyənin 16 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 45 nəfər saxlanılıb

Şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri türk dilinə tərcümə olunub

Orta Dəhlizlə göndərilən Çinin ilk yük avtomobilləri ASCO gəmisi ilə Azərbaycana çatdırılıb

Şöhrəti Yaponiyaya qədər gedib çatan Saatlının biyan balı REPORTAJ

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

Brüsseldə keçirilən konfransda Azərbaycanın mina problemindən, onun ekoloji və humanitar fəsadlarından danışılıb

Almaniyada həqiqi hərbi xidmət bərpa oluna bilər

Naxçıvan gömrüyündə müasir tələblərə cavab verən standartlar tətbiq olunur - mediatur

“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı olub

Azərbaycan və Kamerun Gimnastika federasiyaları arasında əməkdaşlıq genişləndirilir

Peşəkar mühasib sertifikatı imtahanı ilə bağlı canlı yayım ediləcək

Dövlət İdarəçilik Akademiyası tələbələrinin “Məzun günü” keçirilib

FHN: Ötən sutka ərzində 63 halda yanğına çıxış olub

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

DSMF: Bu ilin altı ayında 53 minə yaxın elektron arayış alınıb

Dövlət Komitəsi Xocalı şəhərinə infotur təşkil edib

Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür

Sabah Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək

“Duo-Avey”: Gənc azərbaycanlı istedadlar Parisdə Azərbaycan musiqisi ifa edirlər

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

® Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Avropa çempionu: Məşqçilərimin üzərimdə olan əməyi danılmazdır

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb VİDEO

Şamaxıda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

III “Yüksəliş” müsabiqəsinin qalibinin təklifləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gündəliyinə daxil edilib

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın ŞƏT-in Sammitinə dəvət olunması Prezident İlham Əliyevin dünya liderləri arasındakı nüfuzunu növbəti dəfə təsdiqlədi - Siyasi şərhçi

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Orban Moskvaya mümkün səfəri barədə yayılan məlumatı təsdiqləməyib

“Öz teatrını yarat” adlı ilk seminar Akademik Milli Dram Teatrında təşkil olunacaq

Paşinyan Ermənistana yeni konstitusiya lazım olduğunu bir daha bəyan edib

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib

DİN: 1 avtomat silahı və 2 tüfəng təhvil götürülüb

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar - RƏY

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kipr Bahçeşehir Universitetinin rəhbərliyi TƏBİB-in fəaliyyəti barədə məlumatlandırılıb

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edilib

Leyboristlər Partiyası Britaniyada keçirilən parlament seçkilərində qalib gəlib

Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib YENİLƏNƏCƏK

İranda prezident seçkilərinin ikinci turu başlayıb

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNƏCƏK

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub

Amerika Kuboku: İlk yarımfinalçı müəyyənləşib, Messi penaltidən fərqlənə bilməyib

Prezident İlham Əliyev Xocalı hava limanında olub YENİLƏNƏCƏK

Bakıda tozlu hava müşahidə olunur

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həlak olub

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb