Samuxda şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib
Samux, 29 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samux rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi övladlarının, aztəminatlı ailələrdən uşaqların iştirakı ilə şənlik təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxışlarda uşaqların bayramları təbrik edilib. Şənlik balacalara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.
Sonda Şaxta baba və Qar qız tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.