Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sankt-Peterburqda Rudolf İvanovun Naxçıvan xanları sülaləsinin tarixi haqqında kitabının təqdimat mərasimi olmuşdur

Sankt-Peterburq, 11 aprel (AZƏRTAC). Aprelin 10-da Rusiyanın şimal paytaxtında görkəmli tarixçi alim, professor Rudolf İvanovun yaradıcılıq gecəsi və “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” adlı yeni kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir “Azərbaycanın dostları cəmiyyəti-Naxçıvan” regional ictimai təşkilatı və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən birgə təşkil edilmişdi.

Tədbirin əvvəlində Rudolf İvanovun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Film “Azərbaycanın dostları cəmiyyəti-Naxçıvan” regional ictimai təşkilatı tərəfindən hazırlanmışdır.

Gecənin aparıcısı, cəmiyyətin sədri İdris Qəhrəmanov həyatının 40 ilini Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, Naxçıvanskilər sülaləsinin həyat və fəaliyyətinin tədqiqinə həsr etmiş, Azərbaycan tarixinin yeni səhifələrini açmış Rudolf İvanovun yaradıcılığı haqqında məlumat vermişdir.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə olan bu tədqiqatların rolundan danışaraq qeyd etmişdir ki, Rudolf İvanovun araşdırmaları xalq diplomatiyasının əyani nümunəsidir. Q.Osmanov demişdir ki, tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının Naxçıvanskilər, Topçubaşovlar və bir sıra başqa sülalələrinin nümayəndələri olan qəhrəman oğullarını məhv edərək bu xalqın iradəsini qırmağa cəhd göstərilmişdir. Lakin bu gün Azərbaycan sabit inkişaf edən güclü dövlətdir, onun müstəqilliyi dönməzdir.

Natiq qeyd etmişdir ki, “Azərbaycanın dostları cəmiyyəti -Naxçıvan” regional ictimai təşkilatı tərəfindən bu cür tədbirlər keçirilməsi Azərbaycan reallıqlarının təbliğ edilməsi, bu reallıqların Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən səmərəli və uğurlu fəaliyyətin göstəriciləridir.

Vladimir Putinin Sankt-Peterburqdakı ictimai qəbul otağının rəhbəri, Ümumrusiya Xalq Cəbhəsinin əlaqələndiricisi, Sankt-Peterburq qanunvericilik məclisinin deputatı Yelena Kiselyova Rudolf İvanovun Azərbaycan və Rusiya tarixinə dair zəngin arxiv materiallarının öyrənilməsinə verdiyi böyük töhfəni vurğulayaraq qeyd etmişdir ki, bu müəllifin dərin və obyektiv araşdırmaları hər iki xalqın mənafeyinə xidmət edir.

Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, o cümlədən həyat və fəaliyyəti Rudolf İvanovun kitablarında təsvir edilmiş bir sıra görkəmli Naxçıvan sərkərdələrinin nəslinin nümayəndələri də çıxış etmişlər. Sankt-Peterburqun tarixçiləri və alimləri öz çıxışlarında qeyd etmişlər ki, R.İvanov bu illər ərzində çox böyük iş görmüş, əvvəllər məlum olmayan nadir tarixi faktları üzə çıxarmışdır. Bu, tarixi faktların obyektiv başa düşülməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Qeyd edilmişdir ki, Rudolf İvanovun yeni kitabı bütövlükdə tarix elminə və xalqlarımıza gözəl hədiyyədir.

Rudolf İvanov tədbirdə çıxış edənlərin hamısına səmimi təşəkkürünü bildirmiş və təqdimatı keçirilən kitab üzərində işi barədə danışmışdır. O, yaradıcılıq gecəsinin təşkil olunmasına görə Azərbaycanın, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə və “Azərbaycanın dostları cəmiyyəti - Naxçıvan” regional ictimai təşkilatına dərin təşəkkürünü bildirərək, öz araşdırmalarını bundan sonra da məmnuniyyətlə davam etdirəcəyini vurğulamışdır. Rudolf İvanov Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirərək demişdir: “Mən bu böyük qadının qarşısında baş əyirəm, çünki o, özü kadr arxasında qalsa da, bu həqiqəti qiymətləndirmiş və məni dəstəkləmişdir. Azərbaycan Prezidenti İlham Əliyev məni yüksək mükafata layiq görəndə bu mükafat mənim yazıçılıq fəaliyyətimə deyil, ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə töhfəyə verilən qiymət idi”.

Rudolf İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” kitabına Azərbaycanın əfsanəvi Xan Naxçıvanskilər sülaləsinin banisi Kəlbəli xan Naxçıvanskiyə həsr edilmiş 11 tarixi oçerk daxil edilmişdir. Kitabda İranda Ağaməhəmməd şah Qacarın hakimiyyətdə olduğu dövrdə Kəlbəli xanın Naxçıvanın mənafelərini müdafiə etməsi, Qacarın Kəlbəli xanın Rusiya ilə əlaqə saxlamasından şübhələnərək onun gözlərini çıxartdırması və Naxçıvanın böyük sərkərdələrinin həyatı barədə çoxlarına məlum olmayan faktlar öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, bu kitabın nəşri Azərbaycan-Rusiya əlaqələrinin fəal tədqiqatçısı, məşhur tarixçi və yazıçı, professor Rudolf İvanovun anadan olmasının 80 illiyinə həsr edilmişdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçirilir

Zoomorfik təsvirlərin sirləri: türk mədəniyyəti abidələri - MƏQALƏ

Prezident Administrasiyasının rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib

Rektor: Texnologiya və yaradıcı sənayelərin yaxınlaşması XXI əsrin çağırışlarının həllində böyük əhəmiyyət kəsb edir

Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

Azərbaycan Braziliyada Beynəlxalq Milli Mətbəx və Mədəniyyət sərgisində təmsil olunub

Panel müzakirə: Startapların və gələcək inklüziv texnologiyaların önəmi

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 12 min 733 müraciət daxil olub

Şərqşünaslıq İnstitutu ilə Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

® Keyfiyyət və qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda

Nobel mükafatı laureatı Əziz Səncər UNEC-də olub

İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb

AQC sədri CAATS prezidenti seçilib

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yeni qərarlar qəbul edilib

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

Rəşad Əzizov: Sahibkarlığı və yaradıcılığı bir araya gətirsək, bu sahədə sürətli tərəqqiyə nail ola bilərik

FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb

Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb

Balakənli kümçülər iki gündə 700 kiloqramadək yaş barama təhvil veriblər

Dünyaca məşhur “Ovod” M.Teatrın səhnəsində

Əli Əsədov: Ərzaq təhlükəsizliyinin təmini Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib

AzMİU-da fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim olunub

MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Qəbələdəki beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

“Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Tottenhem”in futbolçusu qarət olunub

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib

Mərkəzi Bank BVF ilə pul siyasətinin transmissiyasının yaxşılaşdırılmasını müzakirə edib

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

GDU-da yaz imtahan sessiyası başlayıb

Hesablama Palatası və Çinin Milli Auditi Ofisi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

BMU-nun professor-müəllim heyəti abituriyentlərlə görüşüb

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Şuşada Beynəlxalq Sahibkarlar Forumu işə başlayıb

Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Bu həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyənləşib

® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər

Çexiyalı nazir əməkhaqqını təkcə kronla deyil, həm də avro ilə ödəməyi təklif edib

Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur FOTO

Pul bazası azalıb

Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktik konfransda çıxış edib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

® ABB yeni imic filmini təqdim edib

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Ötən ay BŞTİ-yə 15 min 470 vətəndaş müraciəti daxil olub

On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib

Balakəndə qanvermə aksiyası keçirilib

DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb

Londonda təhsil alan azərbaycanlı gənc Altsheymer xəstəliyinin müalicəsi üçün yeni həll yolları axtarır – MÜSAHİBƏ

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə apara bilər

Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib

Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edirlər

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilib

Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər

“SOCAR Türkiyə” İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib

Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar

ANAMA: Ötən ay 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı başa çatıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

AZAL-ın Rumıniyaya birbaşa uçan təyyarəsi Buxarest aeroportuna eniş edib VİDEO

“Qərbi Azərbaycana qayıdış” mövzusunda intellektual yarış keçirilib

Azərbaycan məktəbliləri Türkiyədə beynəlxalq riyaziyyat olimpiadalarında səkkiz qızıl medal qazanıblar