Saransk Musiqi Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti səhnəyə qoyulacaq
Moskva, 27 may, AZƏRTAC
Rusiyanın Mordova Respublikasının paytaxtı Saranskın İ.M.Yauşev adına Dövlət Musiqi Teatrı yeni mövsümdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Yeddi gözəl” baletini səhnəyə qoyacaq.
AZƏRTAC xəbər verir ki, “İzvestiya Mordovı” saytının yazdığına görə, bu ilin sentyabr ayında tamaşaçılara təqdim olunacaq baleti xoreoqraf, Rusiyanın Əməkdar Artisti Vitali Axundov səhnələşdirəcək. Teatrın direktoru Vladimir Şarapovun sözlərinə görə, layihə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, Vitali Axundov Bakıda dünyaya gəlib. Rusiya Teatr Sənəti İnstitutunun və Moskva Dövlət Xoreoqrafiya Akademiyasının müəllimidir. Bundan əvvəl o, Mordova teatrında “Min bir gecə” baletinin quruluşçu rejissoru kimi çıxış edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]