“Səbail”in futbolçusu Yurgen Qoxa komandadan ayrılmaq istəyir
Bakı, 10 yanvar, AZƏRTAC
Bakının “Səbail” klubunun futbolçusu Yurgen Qoxa komandadan ayrılmaq istəyir.
AZƏRTAC xəbər verir ki, albaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Təcrübəli oyunçu ilə "Teuta" klubu yaxından maraqlanır.
Bakı təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi olan Qoxa əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilməsi üçün danışıqları davam etdirir. Hazırda Bakıda olan futbolçunun məsələsinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, futbolçu Azərbaycanda “Səbail”dən əvvəl “Qəbələ”nin də formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]