Şəhid övladının da daxil olduğu komanda Dünya Robot Olimpiadasında uğur qazanıb
Şəki, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsi şəhidi polkovnik-leytenant Abakar Hacıyevin oğlu, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyevin də daxil olduğu “Village Boys” komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında “Future İnnovators - Junior” kateqoriyası üzrə ikinci yeri tutub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib. Onun sözlərinə görə, 5 qitədən 84 ölkənin 450 komandasının iştirak etdiyi dünyanın ən böyük Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə təmsil olunub.
Olimpiadada “Future İnnovators - Senior” kateqoriyası üzrə “Caspian Rescuer” komandası isə 7-ci yerə layiq görülüb.