ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov həmin gün Şəhidlər xiyabanını da ziyarət etmişdir.
Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bolqarıstan Prezidenti Şəhidlər xiyabanının xatirə kitabına ürək sözlərini yazdı.