ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 2-də Şəhidlər xiyabanını ziyarət etmişdir.Belarusun dövlət başçısını və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Prezidenti Aleksandr Lukaşenko və nümayəndə heyətinin üzvləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın məzarları üstünə gül-çiçək düzdülər.
Belarusun dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident Aleksandr Lukaşenko Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.