Səhiyyə Nazirliyi: Vaxtından əvvəl dünyaya gələn üçəmlərin vəziyyəti yaxşılaşıb
Bakı, 31 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna 35 həftəlik hamiləlikdə vaxtından əvvəl dünyaya gələn üçəm körpələr (1900 qram, 1400 qram və 2000 qram) hospitalizasiya olunublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində körpələrə perinatal dövrə xas infeksiya, tənəffüs çatışmazlığı, vaxtından əvvəl doğulmuş azçəkili uşaq, neonatal sarılıq və nekrotizan enterokolit diaqnozları qoyulub.
Həkimlərin peşəkar yanaşması, tibb personalının fədakar əməyi və gecə-gündüz göstərilən diqqət və qayğı nəticəsində körpələrin ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Tənəffüs funksiyaları bərpa olunub, bədən çəkilərində müsbət dinamika müşahidə edilib və çəkiləri müvafiq olaraq 2200 qram, 1560 qram və 2100 qrama çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]