Şəkidə avtomat gizlədən şəxs tutulub
Bakı, 25 dekabr, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan, əvvəllər də məhkum olunmuş 35 yaşlı Rafiq Əhmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. R.Əhmədov odlu silahı rayon ərazisindən tapdığını və polisə təhvil verməyərək müxtəlif yerlərdə gizlətdiyini bildirib. Araşdırmalarla həmin şəxsin sosial şəbəkə hesablarında cinayətkarlığı təbliğ edən videogörüntülər paylaşdığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:33]
Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [13:28]
“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub
- 10.06.2026 [13:25]
Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?
- 10.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [11:43]
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
- 10.06.2026 [11:37]
Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
- 10.06.2026 [11:34]