ŞƏKİDƏ MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdən öncə toplantı iştirakçıları milli öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüşlər.
İcra hakimiyyətinin və YAP Şəki təşkilatının birgə təşəbbüsü ilə keçirilən yığıncağı giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov əlamətdar gün münasibətilə rayon ictimaiyyətini təbrik etmiş, Milli Qurtuluş gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını bildirmişdir.
Yığıncaqda YAP Şəki təşkilatı Qadınlar şurasının sədri, şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın “15 İyun - Milli Qurtuluş günüdür” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil olunmuş, müstəqil dövlətçiliyimizin yaranması və möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri ön plana çəkilmiş, məhz ulu öndərimizin müdrik siyasəti və məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının XXI əsrə siyasi cəhətdən sabit, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etməkdə olan bir ölkə kimi qədəm qoyduğu xüsusi vurğulanmışdır.
Çıxışlardan sonra YAP sıralarına yeni qəbul olunan üzvlərə təntənəli surətdə partiya biletləri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]